2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“SOCAR Mikayıl”ın avtomobil əməliyyatı

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov öz biznesini bu neft şirkətinin hesabına genişləndirir. 24saat.org xəbər verir ki, SOCAR-da maliyyə-təsərrüfat siyasətinə cavabdeh olan M.İsmayılov həm də“Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibidir. Bu səbəbdən də Mikayıl müəllim ciddi-cəhdlə çalışır ki, SOCAR-da vəzifəsindən asılı olmayaraq bütün işçilərin “ayağını yerdən götürsün”.

Hazırda SOCAR-ın avtomobil parkının balansında 1000-dən çox avtomobil var. Mediada da qeyd edilir ki, şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bunun səbəbi qeyd etdiyimiz kimi çox sadədir: Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır – Mikayıl İsmayılov. Özü də bu avtomobillər SOCAR-a satılarkən normal satış qiymətidən dəfələrlə dəfə baha sənədləşdirilir.

Onun şirkət hesabına genişləndirdiyi biznesi təkcə bununla da bitmir. SOCAR-ın balansında olan bütün avtomobillərə də yalnız Mikayıl İsmayılova məxsus texniki xidmət mərkəzlərində texniki xidmət göstərilir. Həmçinin avtomobillərdə yalnız “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilir ki, bu markadan olan motor yağlarını da ölkəyə yalnız M.İsmayılov gətirib satır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org saytına daxil olan məlumatda o da qeyd edilir ki, öz diller firmalarından Mikayıl İsmayılov SOCAR-a satdığı minlərlə avtomobili köhnəlməyə də qoymur və uzağı bir ildən sonra “spisat” edərək, yenisini alır.

Saytımızı bilgiləndirən mənbə deyir ki, SOCAR-da kifayət qədər yüksək post tutan və “yeyeintili” sahələrə nəzarət edən Mikayıl İsmayılov patronu Rövnəq Abdullayevlə yola getmir. Qeyd edək ki, onun fəaliyyəti ilə bağlı mediada yazılan yazılar isə adətən müəmmalı şəkildə “qeybə çıxır”. Məsələn, bir müddət əvvəl Mikayıl İsmayılovun həmyerlisi, Ağsu rayonundan olan, Ceyhun Vaqif oğlu Canıyevin dələduzluq cinyəti ilə bağlı məhkəmə işində SOCAR-ın vitse-prezidentinin adı çəkilirdi. Bu məhkəmə prosesindən yazılan yazılarda isə M.İsmayılovun ümumiyyətlə adı çəkilmədi, yaxud da adı çəkilən yazılar hamısı “yoxa” çıxdı. Sözügedən məhkəmə prosesi isə mdiada sıradan bir dələduzluq işi kimi təqdim olundu.

Əvvəlcə Ceyhun Canıyevin cinayət işinin nədən olmasına nəzər salaq. 2016-cı ildə mediada yazılan yazılarda iş adamı Samir Verdiyev Mikayıl İsmayılovun “sağ əli” sayılan Ceyhun Canıyev adlı bir şəxsdən şikayətçi düşüb. İş adamının sözlərinə görə, Ceyhun Canıyev ondan 350 min dollar alaraq onu SOCAR-da tenderə salacağını vəd edib, ancaq vədinə əməl etməyib. Şikayətçinin dediyinə görə, Canıyev Ceyhun Vaqif oğlu “Vita1000” meyvələri şirkətinin və “Modern Group” şirkətlər qrupunun payçısı olaraq Mikayıl İsmayılovu həmin şirkətlərdə təmsil edib.

Ceyhun Canıyevdən şikayətlər, SOCAR vitse-prezidenti və onun yaxın ətrafı ilə bağlı yazılar gedəndən sonra, Ceyhun Caniyev DİN BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. O, bir neçə şəxsə qarşı ümumilikdə, 12 milyon dollar dələduzluq təqsirləndirilib. Həmin vaxt mediada gedən yazılarda qeyd edilirdi ki, M.İsmayılov C.Canıyevin dələduzluq əməlində adının hallanmasına görə, onun həbs edilməsini təşkil edib. Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldı. Ancaq məhkəmə prosesi barədə xəbərlərin heç birində M.İsmayılovun adı hallanmadı. Görünən odur ki, “gözü çıxmış qardaşlardan” (oxu: bloklanmış saylardan) dərs götürən media detallara toxunmağa “lüzum görməyib”. Məhkəmə barədə son məlumat isə odur ki, prokuror Ceyhun Canıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hökm oxunub-oxunmaması ilə bağlı isə mediada heç bir məlumat yoxdur. Görünən isə odur ki, media sahəsindəki “qoruyucu mələyi”nin əli hələ də Mikayıl İsmayılovun üzərindədir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button