Loading...
Loading...
Gündəm

SOCAR ‘Neft Daşları’nda qanunsuz balıq tutanlardan şikayətçidir

SOCAR-ın Təhlükəsizlik İdarəsi və Dövlət Sərhəd Xidməti son günlərdə “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması, estakadaların altına tor ataraq balıqcıların mədənlərdə istehsalat proses­lərinə mane­çilik törətməsi barədə bəyanat yayıblar.

Bildirilir ki, iyunun 23-də sərhəd gözətçi gəmisi tərə­fin­dən “Neft Daşları”nda dəniz estakadalarının ətrafında dənizə atılmış uzunluğu təxminən 1 km balıqçı toru toplanıb və ərazidən kənarlaşdırılıb.

SOCAR-da deyirlər ki, qanunsuz balıq ovu ilə məşğul olanlar dənizdə kənar şəxslərin mühafizə zonasına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymurlar.

Azərbaycanın paytaxtı Bakıdan 100 km, Xəzər dənizindəki ən yaxın sahildən 55 km məsafədə olan “Neft daşları”nın əsası 1949-cu ildə qoyulub.

24 saat” “SOCAR ‘Neft Daşları’nda qanunsuz balıq tutanlardan şikayətçidir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button