Xəbərlər

SOCAR prezidenti Gürcüstan Baş naziri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

SOCAR-ın məlumatına görə, görüş aprelin 30-da gerçəkləşib:

“Görüşdə Gürcüstanın qaz təchizatı, qazlaşdırılması sahəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti, tərəfdaşlığın genişləndirilməsi perspektivləri və bir sıra başqa məsələlər müzakirə olunub”

Görüşdə «SOCAR Energy Georgia» məhdud məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktoru Mahir Məmmədov da iştirak edib.

«SOCAR Energy Georgia» MMC 2006-cı ildən Gürcüstanda fəaliyyət göstərir.

“Bu müddət ərzində şirkət Gürcüstan iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından artıq investisiya qoyub və dövlət xəzinəsinə 1,7 milyard ABŞ dolları məbləğində vergi ödəyib. Şirkət bütün Gürcüstan ərazisində 770 mindən çox qaz istehlakçısına xidmət edir. Ölkədə SOCAR brendi ilə 111 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir”, məlumatda yazılıb.

24 saat” “SOCAR prezidenti Gürcüstan Baş naziri ilə görüşüb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button