2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

SOCAR qasırğa hazırlığına başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 31-də Bakıda və Abşeronda güclü külək gözlənildiyini bildirib. Amma şimal-qərb küləyinin gücü (neçə metr/saniyə olacağı) barədə məlumat verilmir.

Virtual hidrometeorologiya xidmətləri bildirir ki, martın 31-i günün birinci yarısında küləyin sürəti 48 km/saat olacaq və 67 km/saata çatacaq. Axşam isə 32 km/saat olacaq və 63 km/saatadək şiddətlənəcək.

Saytların yığılması Saytlarin yigilmasi

SOCAR Xəzər dənizində gözlənilən qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirdiyini açıqlayıb.

Neft şirkəti bildirir ki, işçilərin təxliyəsinə başlanılıb. İş yerlərində yalnız operatorların qalacağı bildirilir. Neft və qaz hasilatı isə dayandırılmayacaq.

SOCAR mətbuat xidmətindən də bundan əvvəl AzadlıqRadiosu-na bildirilmişdi ki, martın 31-də güclü külək olacağı barədə məlumat ölkənin neft sənayesinin rəhbər heyətinə məlumdur və bununla bağlı lazımi tədbirlər görülür.

XATIRLATMA

Ekspertlər hesab edirlər ki, bu vaxta qədər bir çox rəsmilərin məsuliyyətsizliyi üzündən bəzi zəruri tədbirlər görülmədiyindən, pis hava şəraitində dənizdəki platformalarda bədbəxt hadisələr baş verib.

2016-cı il dekabrın 15-də güclü külək nəticəsində Qaradağ rayonu N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığımı Məntəqəsində estakadanın bir hissəsi və ütündəki budkanın uçması ilə 10 neftçi dənizə düşmüşdü. Onlardan indiyə kimi yalnız 5-in meyiti tapılaraq ailəsinə verilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button