Uncategorized

SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb

SOCAR prezidenti Rövnəq Abdullayev Əliağa yarımadasında nəhəng layihə olan STAR Neft Emalı Zavodunun açılışı ərəfəsində burada çalışan gənc azərbaycanlı mütəxəssislərlə görüşüb.

“Report” xəbər verir ki, gəncləri Müstəqillik Günü münasibəti ilə təbrik edən SOCAR prezidenti bu gənclərin inkişafı üçün yaradılan şəraitin məhz müstəqilliyimizin əldə edilməsi sayəsində mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Bakı Ali Neft Məktəbini yüksək qiymətlərlə bitirən gənc azərbaycanlılar indi SOCAR-ın Türkiyədəki müəssisələrində çalışaraq, dəyərli təcrübə əldə edirlər.

Xatırladaq ki, STAR-ın açılış mərasimi sabah keçiriləcək. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulur.

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close