2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

SOCAR Rusiyadan neft alınmasını dayandırır

Azərbaycanın dövlət neft şirkəti SOCAR özünün Türkiyədəki neft emalı zavodu üçün Rusiya neftinin alınmasını dayandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters agentliyi yazır ki, bu, Qərb sanksiyalarının Avropa və Birləşmiş Ştatlardan kənar ölkələri də təsirləndirməsinin əlamətidir.

Rusiyanın tankelərlə daşınan neftinə Avropa İttifaqının qoyduğu embarqo dekabrın 5-dən qüvvəyə minib.

Bu embarqo habelə G7 qrupunun qoyduğu qiymət həddindən baha olan Rusiya neftinin tankerlərlə daşınmasını qadağan edir.

SOCAR şirkətinin günə 210 min barrel neft qəbul edən STAR zavodu da daxil, Türkiyənin neft emalı zavodları Moskvanın Ukraynaya müdaxiləsindən bəri Rusiya neftinin alınması həcmlərini artırmışdılar.

Rusiya üçün də neftin bu qaydada satılması Asiya bazarlarına satılmasından daha sərfəli idi.

Türkiyə Rusiya neftinə ən yüksək qiymət həddi qoyulmasına qoşulmayıb və Rusiya şirkətləri bu məhdudiyyətə baxmayaraq Türkiyə vasitəsilə istədiyi qədər neft ixrac edə bilərdi.

Rusiya neftinin Türkiyəyə axını kəskin azalıb

Refinitiv Eikon monitorinq firmasının məlumatına görə buna baxmayaaraq Rusiya neftinin Türkiyəyə axın həcmləri keçən ay ötən fevraldan bəri ən aşağı həddinə düşüb.

SOCAR-dakı mənbə Reuters agentliyinə deyib ki, şirkət Qərb sanksiyalarını pozmamaq üçün yaranmış situasiyanı qiymətləndirir.

SOCAR-ın STAR zavoduna neft verilməsini onun Cenevrədə mənzillənmiş ticarət qolu idarə edir.

Rusiyadan Türkiyəyə verilən Urals markalı neftin həcmi noyabrda günə 170 min barrelə enib.

Halbuki bundan əvvəl avqustdan-oktyabradək bu rəqəm hər ay günə 300 min barrel idi.

STAR neft emalı zavodu noyabrda yalnız günə 73 min barrel Rusiya nefti qəbul edib.

Ötən üç ay ərzində bu rəqəm günə 170 min barrel idi.

24 saat” “
SOCAR Rusiyadan neft alınmasını dayandırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button