2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Soçi görüşü: Putinlə Ərdoğan nələri müzakirə ediblər?

Yayımlandı: 6 Avqust 2022 15:50

Putin “Türkiyə axını”nı “Rusiya qazının arteriyası” adlandırıb

Avqustun 5-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşən Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan müzakirə olunan mövzular barədə danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

O deyib ki, Vladimir Putinlə danışıqlar ikitərəfli münasibətlərdə yeni səhifə aça bilər.

4 saata yaxın davam edən görüşdə Vladimir Putin Avropanı Rusiya qazı ilə təchiz edən “Türkiyə axını”nın rolunu xüsusi vurğulayıb.

O, həmçinin Ukrayna taxılının dəniz yolu ilə ixracının təşkilində Ərdoğanın xidmətlərini də qeyd edib.

Məlumatı “Turan” TASS-a istinadən yayıb.

V.Putin ixrac prosesinin başlamasına, eyni zamanda, Rusiyanın ərzaq məhsullarının və gübrələrinin dünya bazarlarına fasiləsiz çatdırılması haqqında qərarlar paketi qəbul etdiyinə görə Türkiyə Prezidentinə təşəkkür edib.

O, “Türkiyə axını”nı “Avropanın Rusiya qazı ilə təchizatının ən mühüm arteriyalarından biri” adlandırıb:

“Düşünürəm ki, avropalı tərəfdaşlar bizim qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdırlar”.

Putinin sözlərinə görə, Rusiya və Türkiyənin həyata keçiriləcək çox sayda ikitərəfli layihələri var.

O xatırladıb ki, iki ölkə arasında ticarət dövriyyəsi 57% artıb.

May da daxil olmaqla, bu ilin ilk aylarında bu göstərici iki dəfə artıb.

Tərəflər Suriyadakı bütün terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və birgə hərəkət etmək əzmində olduqlarını təsdiqləyiblər.

Prezidentlər danışıqlardan sonra birgə bəyanat qəbul ediblər.

Bəyanatda mövcud regional və qlobal çağırışlara baxmayaraq, Türkiyə-Rusiya münasibətlərinin qarşılıqlı hörmət və maraqlar əsasında inkişaf etdirilməsi bir daha ifadə olunub.

Liderlər iki ölkə arasında ticarət dövriyyəsinin müəyyən edilmiş məqsədlərə uyğun və tarazlı şəkildə artırılması, iqtisadi və enerji sahələrində qarşılıqlı münasibətlər çərçivəsində əlaqələrin inkişaf etdirilməsi məqsədilə hərtərəfli məsləhətləşmələr aparıblar.

Tərəflər nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək qərarına gəliblər.

Regional məsələlər kontekstində liderlər Türkiyə ilə Rusiya arasında səmimi və etibarlı münasibətlərin regional və beynəlxalq sabitliyin bərqərar olması baxımından əhəmiyyətini qeyd ediblər.

Bu kontekstdə Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair iki ölkə arasında imzalanan “İstanbul sazişi”nin əhəmiyyəti də vurğulanıb.

Liderlər Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə işarə edərək bu ölkədəki terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və birgə hərəkət etmək əzmində olduqlarını təsdiqləyiblər.

“Prezident Ərdoğan və Putin Liviyanın suverenliyi, ərazi bütövlüyü və milli birliyinə qəti sadiq olduqlarını vurğulayıblar”, – bəyanatda belə deyilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button