2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Şok fotolar: Ərdoğanın ölkəsində türk generalının qulağını kəsdilər

Türkiyədə həbs olunan generallara işgəncə verilir. Qardaş ölkənin aparıcı media strukturları rejimin cəzası ilə üzləşmək təhlükəsi altında bu mövzuda sussa da, ordudakı mənbələr və bəzi müstəqil media quruluşları  hazırda Türkiyə həbsxanalarında baş verən işgəncə faktlarını ehtiyatla cəmiyyətə sizdırmaqdadırlar.

Belə saytlardan biri olan www.zernews.com bu mövzudakı məqaləsində Türkiyədəki qiyam cəhdinə başçılıq etdiyi bildirilən general Akın Öztürkün şəkillərini paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şəkillərdə Öztürkün bədənindəki yara izləri diqqət çəkir. Onun sağ qulağının sarıqlı olması, qulağının kəsilməsi təəssüratını yaradır.

Türküstan.info-nun məlumatına görə, əgər çevriliş planı uğurla başa çatsaydı, Öztürkün Türkiyə Silahlı Qüvvələrində Baş Qərargah rəisi olacağı iddia edilirdi. İndi isə Akın Öztürk haqqında “vətənə xəyanət” suçlaması ilə istintaq başlayıb.

Fotolardan Öztürk və nəzarət altındakı digər generalların əllərinin arxadan qandallı və ayaqlarının isə yalın olduğu bəlli olub.

General Akın Öztürk TSK Hərbi Hava Qüvvələri Komandanlığına “Balyoz əməliyyatı”ndan sonra, bir çox komandirin həbs olunmasının ardından 2013-ci ildə gətirilmişdi.

İddialara görə, Öztürk Akın vaxtıyla Ərdoğanla birlikdə Fətullah Gülənin başçılıq etdiyi dini camaatlığın üzvü olub.

İki il TSK HHQ-ə komandirlik etdikdən sonra-  2015-ci ilin avqustunda vəzifəsini General Abidin Ünala təhvil vermişdi. General Öztürk son bir ildə Yüksək Hərbi Şura üzvü olmuşdu.

Bizim şərh: Qardaş Türkiyədə belə cinayət ola bilməzdi, türk generalın qulağını kəsməzdilər, bu, Türkiyə yox, Ərdoğanın ölkəsində baş verən cinayət kimi qiymətləndirilməlidir.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button