2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

ŞOK! TƏCİLİ! Azərbaycanlı məşhur vəfat etdi – ŞOK FOTO

BDU-nun Üzvi kimya kafedrasının professoru Mirzə Allahverdiyev rəhmətə gedib.

24saat.org  xəbər verir ki, bu barədə modern.az-a universitetdən məlumat verilib.

Mirzə Allahverdiyev 15 sentyabr 1947-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olub. 1965-ci ildə həmin kəndin onbirillik məktəbini qızıl medalla bitirib və Bakı Dövlət Universitetinə daxil olub. 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə başa vurub. 1970-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) aspiranturasına daxil olub və namizədlik işini Moskva Zərif Kimya Texnologiyası Akademiyasında yerinə yetirib. 1973-cü ildə AMEA-nın AKİ-da baş laborant, mühəndis, kiçik və böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləyib. 1974-cü ildə «Butoksi- və butiltioəvəzli aminspirtlərin sintezi və xassələri » mövzüsunda namizədlik dissertasiya işini müdafiə edib.

Saytların yığılması Saytlarin yigilmasi

1987-1988-ci illərdə Rusiya EA-nın A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr institutunda doktoranturada təhsil alıb. 1990-cı ildə «Tiiranlar və onların sələflərinin sintezi, xassələri və tətbiqi» mövzüsunda doktorluq dissertasiyası müdafiə edib. 2005-ci ildə təqdim olunan nəticələrinə görə Bakı Dövlət Universiteti üzrə «İlin alimi» fəxri adı ilə təltif edilib. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan «Dünyada kim kimdir» kitabına daxil edilib. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» medalı, 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illiyi ilə əlaqədar “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

ŞOK! TƏCİLİ! Azərbaycanlı məşhur vəfat etdi - ŞOK FOTO
ŞOK! TƏCİLİ! Azərbaycanlı məşhur vəfat etdi - ŞOK FOTO

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button