2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ŞOK TƏKLİF: “Qaçqınları silahlandırıb geri göndərək”

“Qaçqınları silahlandıraraq vətənə qaytarmaq lazımdır. Qoy onlar azadlığı üçün vuruşa bilsinlər”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu təkliflə Polşa Kəndli Partiyasının lideri, keçmiş əmək naziri Vladislav Kosinyak-Kamış çıxış edib.

“Biz ehtiyac olduğu halda humanitar məsələlərlə əlaqədar qadınları və uşaqları qəbul etməyə məcburuq. Buna həmçinin Müqəddəs Ata (Roma Papası Fransısk- red.) çağırır. Kişiləri silahlandırmaq və öz ölkəsinin azadlığı üçün mübarizəyə göndərmək lazımdır”, – siyasətçi TVP Info telekanalının efirində deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Kosinyak-Kamış həmçinin bildirib ki, qaçqınların avtomatik bölgüsü təklifi qəbuledilməzdir və mümkün deyil. “Polşa bu bölgü ilə heç vaxt razılaşmayacaq”, – sabiq nazir vurğulayıb.

Polşa KİV-i ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən bildirib ki, qaçqınların bölgüsü haqqında təklifə uyğun olaraq Polşa ərazisinə Yaxın Şərq və Afrika ölkələrindən 150 minə qədər miqrant gələ bilər. Xarici sərhədlərin nəzarəti üzrə Avropa agentliyinin (“Frontex”) məlumatına görə, 2015-ci ildə Avropa Birliyinə 1,8 milyon miqrant gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button