2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sökülən obyektlərdəki mallara məcburi endirim – FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı Dəmiryol Vağzalında apardığı yenidənqurma işləri ilə əlaqədar ərazidəki 30-a yaxın obyekt söküləcək.

Vağzalla Dövlət Dəmir Yolu Xəstəxanası arasında yerləşən sahibkarlıq obyektlərin bir hissəsi artıq boşaldılaraq qapıları bağlanıb. Hələ də fəaliyyət göstərən az sayda obyektlərdə isə məcburiyyətdən malların qiymətlərinə endirimlər ediblər. Onlar da obyektlərini bağlamağa hazırlaşırlar.
Sahibkarlarla söhbət zamanı öyrəndik ki, şəxsi mülkiyyətində olan obyektlərin sahiblərinə yenidənqurma işləri başa çatandan sonra ərazidə müvafiq yerlər ayrılacaq.

Onu da öyrəndik ki, söküləcək obyekt sahiblərinə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kompensasiya verməsi nəzərdə tutulmayıb. Əməkdaşımız ərazidə olarkən vağzalda yenidənqurma işlərinin davam etdirildiyinin şahidi olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button