Bizim tərcümə

Somalidə Təhsil Nazirliyinə bombalı hücum edilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-29 17:31:23

Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinə iki bomba yüklü maşınla hücum edilib. Nazirliyin divarları zədələnsə də, bəzi binaların şüşələri də sınıb. Əraziyə polis və təcili yardım göndərilib.

İkinci hücum isə tibbi qruplar və ətrafdakı insanlar hücumda yaralananlara kömək etmək üçün hadisə yerinə toplaşarkən baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Sosial şəbəkələrdə paylaşılan videolarda ərazidən qatı tüstünün qalxdığı görünür.

Milli Polis sözçüsü Sadiq Dodişe, hökumət idarələrinin yaxınlığındakı sıx kəsişmədə iki hücumdan sonra “çoxlu mülki itki” olduğunu söylədi.

Polis məmuru İbrahim Mohamed də nazirlik şəhərciyinə bomba yüklü avtomobilin sürüldüyünü və daha sonra silah səslərinin gəldiyini söyləyərək, “Bir neçə dəqiqə ərzində eyni bölgədə daha bir partlayış baş verdi” dedi.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, hər iki partlayışda ölən və ya neçə nəfərin yaralandığı hələlik məlum deyil.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button