Loading...
Loading...
Siyasət

Son 2 gündə Türkiyədə daha 133 miqrant saxlanıb

Türkiyə sərhədçiləri son 48 saat ərzində Van əyalətində daha 133 miqrantı saxlayıb.

Reütersin məlumatına görə, onların əksəriyyəti Əfqanıstan qaçqınlarıdır.

Van əyaləti İranla həmsərhəddir.

Türkiyə daxili işlər nazirliyinin məlumatına görə, bundan əvvəl-iyulun 17-də 73 əfqan qaçqın, 18-də isə 60 qanunsuz miqrant saxlanıb. Həmin 60 nəfərin də 59-u Əfqanıstan qaçqınıdır.

Türkiyə,Əfqanıstan və İranın xarici işlər nazirləri ötən ay Antaliyada miqrant problemi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsini müzakirə ediblər.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Əfqanıstandan çıxmağa başladıqdan sonra Taliban hərəkatının silahlı birləşmələri ölkə ərazisinin xeyli hissəsini ələ keçirib və Əfqanıstandan qonş ölkələrə miqran axını başlayıb.

BMT-nin qaçqınlqr üzrə idarəsinin məlumatına görə, bu ilin yanvarından bu yana Əfqanıstanın daxilində 270 min sakin ev-eşiyini tərk edib və onların ümumi sayı 3,5 milyon nəfəri keçib.

Reüters yazır ki, hazırda Türkiyədə 4 milyondan çox miqrant var. Onların əksəriyyəti Suriyadandır.

24 saat” “Son 2 gündə Türkiyədə daha 133 miqrant saxlanıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button