2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Son 40 ilin ən yüksək qiymət artımı baş verir

“Qlobal və yerli bazarlarda müşahidə olunan inflyasiya xüsusən ərzaq məhsullarının idxalının minimumlaşdırılması və istehlakın daha çox yerli istehsal hesabına ödənilməsini prioritetləşdirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında istehlak bazarında qiymətlər 13.0 faiz artıb. Bununla yanaşı, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faizlik inflyasiya qeyd alınıb. Rəsmi statistika da göstərir ki, ərzaq məhsullarının qiyməti ümumi inflyasiya səviyyəsinə nisbətən daha çox yüksəlib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat qeyd edib ki, 2022-ci ilin geridə qalan aylarında qlobal bazarlarda da yüksək inflyasiya müşahidə olunub:

“Avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6% olub. Bir ay öncə bu rəqəm 8.1%, ötən il isə cəmi 1.9% idi. Avropa İttifaqında isə zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6 % ilik inflyasiya qeydə alınıb. Bu göstərici bir ay öncə 8.8%, ötən il isə cəmi 2.2% idi. ABŞ-da həmin dövr üçün inflyasiya dərəcəsi 9.1% olub və bu da son 40 ilin ən yüksək qiymət artımları səviyyəsidir.

Göründüyü kimi, aparıcı ölkələrdə də qiymət artımları davam edir və bu isə o deməkdir ki, qlobal bazarda qiymət artdıqca Azərbaycan üçün də idxal inflyasiyası qaçılmaz olacaq. Bu kontekstdən, inflyasiyanın cilovlanması üçün strateji yol yerli istehsalın ümumi istehlakda payını artırmaqdadır. Yalnız yerli istehsal hesabına idxal inflyasiyasını minimumlaşdırmaq olar.

Göründüyü kimi, aparıcı ölkələrdə də qiymət artımları davam edir və bu isə o deməkdir ki, qlobal bazarda qiymət artdıqca Azərbaycan üçün də idxal inflyasiyası qaçılmaz olacaq. Bu kontekstdən, inflyasiyanın cilovlanması üçün strateji yol yerli istehsalın ümumi istehlakda payını artırmaqdadır. Yalnız yerli istehsal hesabına idxal inflyasiyasını minimumlaşdırmaq olar.

Ərzaq məhsullarının istehsalının genişləndirilməsi üçün xüsusən rayonlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanları artırılmasına ehtiyac var. Nazirlər Kabinetinin anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılır. Bununla yanaşı, bu istiqamətə daha çox vəsaitin yönəldilməsi və eləcə də bank kreditlərinə çıxış imkanlarının artırılması üçün regionlar üçün girov mexanizminin təkmilləşdirilməsi vacibdir”.

Analitik Mərkəzi Banka istinadən deyir ki, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub: “Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu o deməkdir ki, ümumi kredit qoyuluşunun 77 faizindən çox yalnız Bakı şəhərinin, 705 milyon manat isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Bu həm də o deməkdir ki, sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər. Bu isə ondan xəbər verir ki, bölgələrdə fəaliyyət göstərən və xüsusən ərzaq məhsulları istehsal edən sahibkarlar üçün daha əlçatan mexanizmlərin tətbiqinə ehtiyac var.

Beynəlxalq maliyyə qurumlarının gözləntilərinə görə, qlobal istehlak bazarındakı disbalans növbəti illərdə də davam edəcək. Bu isə milli dövlətlər üçün yerli istehsal hesabına ərzaq təminatı məsələsini daha prioritetləşdirir”.

“24 saat “Son 40 ilin ən yüksək qiymət artımı baş verir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button