2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Son 90 ildə Azərbaycanda qadınların sayı artıb – STATİSTİKA

Azərbaycanda ötən 90 il ərzində əhalinin ümumi sayında kişilərin faiz göstəricisi qadınlara nisbətən azalıb.

“Trend”in məlumatına görə, 1926-cı ildə Azərbaycanda əhalinin sayı 2.313.700 nəfər olub ki, bunun da 1.212.400 nəfərini (52,4 faiz) kişilər, 1.101.300 nəfərini (47,6 faiz) isə qadınlar təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Ondan sonrakı bütün illərdə isə əhalinin ümumi sayında kişilərin faiz göstəricisi qadınlara nisbətən azalmaqda davam edib. 2016-cı ilin yekunlarına əsasən isə Azərbaycan əhalisinin ümumi sayı 9.705.600 nəfər olub ki, bunun da 4.835.600 nəfərini (49,8 faiz) kişilər, 4.870.000 nəfərini (50,2 faiz) isə qadınlar təşkil edib.

Göründüyü kimi, XX əsrin birinci yarısında ölkədə kişilərin sayı qadınlara nisbətən çox olub. Lakin baş vermiş repressiya və İkinci Dünya müharibəsi illərində kişilərin çoxsaylı tələfatı nəticəsində əsrin ikinci yarısından bu göstərici dəyişib.

Bununla belə, son 40 ildə kişi və qadınlar arasında fərqin nisbətən azalması müşahidə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button