2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Son bir ayda 10 məhkum xəstəlikdən ölüb

Məlumatda ölümlərin səbəbləri göstərilməyib

Azərbaycanda son bir ayda 10 məhkum xəstəlikdən ölüb.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Bu barədə məlumat yayan “Report” ölən məhbusların siyahısını dərc etsə də, səbəblər göstərilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

1974-cü il təvəllüdlü Namiq Gəray oğlu Cəlilov

1957-ci il təvəllüdlü İqor Valentinoviç Vişnikov

1979-cu il təvəllüdlü Vüqar Mirnizami oğlu Əhmədov

1952-ci il təvəllüdlü Vaqif Firuddin oğlu Əliyev

1981-ci il təvəllüdlü Bəhman Mirdamət oğlu Zeynalov

1950-ci il təvəlüldlü Almaz Əli qızı Cəlilova

1966-cı il təvəllüdlü Qocaəli Təvəkkül oğlu Cavadov

1972-ci il təvəllüdlü Vaqif Valeh oğlu Atakişiyev

1963-cü il təvəllüdlü Hikmət Oqtay oğlu Məmmədov

1964-cü il təvəllüdlü Çingiz İslam oğlu Mansurov.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı həbsxanalardakı vəziyyətlə bağlı hesabatlar yayır.

Alyansın 2014-cü ildə yaydığı hesabatda məhbsularların saxlanma şəraiti, dustaqların hüquqları, korrupsiya, işgəncə, həbs yerlərində ölüm halları barədə məılumatlar yer alıb.
Bildirilib ki, Azərbaycan həbsxanalarında yalnız işgəncə nəticəsində ən azı 4 ölüm faktı qeydə alınıb. İşgəncə nəticəsində qeydə alının ən dəhşətli məhbus ölümü 22 dekabrda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elşad Babayev adlı məhkumun ölümü olub:

“Məhkuma işgəncə verən müəssisənin rejim şöbəsi rəisi Faiq, əməliyyat şöbəsi rəisi Firdovsi və müavini Tural, müəssisə növbətçisi Vüqar, nəzarətçi Rahib və bunların başında isə müəssisənin rəisi Əli İbrahimov vardı. Bütün bunlar 5 manat dərdi idi” – deyə şahid bildirir.

“Məhkum ondan tələb edilən məbləği rəis Əli İbrahimova çatdırmamışdı, bu isə ölümə bərabər haldır. Nəticəsi göz qabağında. Lakin bütün bunlara baxmayaraq E.Babayevin ölümü ətrafında başlanan cinayət işi az sonra bağlanılıb və ekspertiza ölüm səbəbini “ürək çatışmazlığı” kimi qiymətləndirib.

Məhkum ölümünün üzərindən Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimova növbədənkənar polkovnik rütbəsi veriblər. Ə.İbrahimova rütbə verilərkən hansı meyarların əsas götürüldüyü bəlli deyil. Bilinən odur ki, onun rəhbərlik etdiyi cəzaçəkmə müəssisəində qalmaqallı ölüm olayları baş verib”.

Bundan əvvəl də Meydan TV məhbusların penitensiar sistemdən şikayətləri ilə bağlı məlumatlar verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button