Son xəbər: ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində minlərlə insanın qatıldığı Ay Yeni ili şənliyi zamanı baş verən silahlı hücumda 10 nəfər həyatını itirib.
Polis rəsmiləri, 10 nəfərin ölümü ilə nəticələnən hücumun Monterey Parkdakı Garvey prospektindəki bir iş yerində baş verdiyini və hücum edənin kişi olduğunu bildirib. ABŞ mətbuatı hücumun gecə klubunda baş verdiyini yazıb.
Bölgədə biznesi olan Seung Won Choi, hücumdan qaçan 3 nəfərin içəri girərək qapını bağlamağı söylədiklərini söylədi.
Çoi qeyd edib ki, iş yerinə sığınan şəxslər hücumçunun tüfəng daşıdığını və ehtiyat güllələrinin olduğunu bildiriblər.
Polis hələlik hücumun təfərrüatlarını şərh etməyib.
Los-Anceles Şerifinin Cinayət Dedektiflərinin istintaqa dəstək verdiyi də açıqlanıb.
(AA-DHA)
Tərcümə“24 SAAT”
You must log in to post a comment.