Bizim tərcüməDünya

Son dəqiqə: Baş nazir Kristerssondan İsveçdəki qalmaqala ilk açıqlama! “Müqəddəs kitabı yandırmaq hörmətsizlikdir”

Son zamanlar İsveçdə baş verən qalmaqallara qarşı son dövrlərdə yeganə söz Türkiyə olub. NATO-ya üzvlük prosesi davam edən İsveçdə Rasmus Paludanın dünənki qalmaqallı hərəkətindən sonra baş nazir Kristersson diqqətçəkən açıqlama verib.

Gecə saatlarında sosial media hesabında paylaşım edən Kristersson bunları deyib:

“İfadə azadlığı demokratiyanın əsas hissəsidir. Amma qanuni olan hər şey uyğun olmaya bilər. Bir çox insan üçün müqəddəs olan kitabı yandırmaq son dərəcə hörmətsizlikdir. Baş verənlərdən narahat olan bütün müsəlmanların fikirlərini bölüşürəm. Bu gün Stokholmda.”

Türkiyədən verilən açıqlamada olaya sərt reaksiya verilib. Xarici İşlər Nazirliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb:

“Ölkəmizin bütün xəbərdarlıqlarına baxmayaraq, bu gün (21 yanvar) İsveçdə müqəddəs kitabımız Qurana qarşı törədilən alçaq hücumu pisləyirik. Biz bunu heç bir şəkildə qəbul etmirik, çünki bu, nifrət cinayətidir.

Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçilik və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir.

İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”.

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Lissabonda konstitusiya mübahisəsi fonunda minlərlə insan heyvan hüquqlarına etiraz edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button