Bizim tərcüməDünya

SON DƏQİQƏ | Bir kabusa oyandılar! Ukraynanın bir çox şəhərində partlayış səsləri eşidilib, bütün ölkə üzrə həyəcan təbili çalılıb

Son dəqiqə: Ukrayna mətbuatında yer alan məlumata görə, bu gün səhər saatlarında Dnepr, Odessa və Xarkov vilayətlərində partlayış səsləri eşidilib. Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Rusiya ötən gün Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla bir çox şəhərə hava zərbələri endirib. Hücumun müharibə başlayandan bəri infrastrukturu hədəf alan ən böyük hücum olduğu bildirilib.

Digər tərəfdən, Ukraynanın Rusiya raketlərinə qarşı atdığı S-300 raketi Polşanın üzərinə düşüb. Ukrayna ilə sərhəddə yerləşən kəndə düşməsi nəticəsində 2 nəfərin ölümünə səbəb olan raket müzakirələrə səbəb olub və bir-bir ölkədən açıqlamalar gəlib.

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  İranda son ikinci etirazçıya ölüm hökmü çıxarılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button