Bizim tərcüməDünya

Son dəqiqə: Hindistanda körpü uçdu! Çoxlu ölü və yaralı var

Son xəbərlər… Hindistanın Qucarat əyalətində fəlakətli hadisə baş verib. Morbi şəhərində 500-dən çox insanın olduğu körpünün uçması nəticəsində yüzlərlə adamın çaya düşdüyü, 90 nəfərin öldüyü bildirilir. Sonuncu xəbərin təfərrüatları budur…

Hindistan mətbuatında yer alan xəbərə görə, ölkənin qərbindəki Qucarat əyalətinin Morbi şəhərində üzərində azı 500 nəfərin olduğu asma körpü çöküb.

Yanğınsöndürmə briqadası zabiti Devendrasinh Jadeja Anadolu Agentliyinə (AA) bildirib ki, hadisə nəticəsində körpüdə olan yüzlərlə adam Macçu çayına düşüb və ən azı 90 nəfər həyatını itirib.

Merja axtarış-xilasetmə işlərinin davam etdiyini və itkin düşənlərin sayının hələ müəyyən edilmədiyini bildirib.

Y2

Qucarat polis rəisi Aşiş Bhatia bildirib ki, çoxlu insan xilas edilib, lakin ölənlərin sayı arta bilər.

Yerli mətbuata düşən görüntülərdə bəzi insanların uçan körpünün su səthinə sığındığı görülüb.

Hindistanın baş naziri Narendra Modi Twitter hesabından verdiyi açıqlamada hadisədən dərin kədərləndiyini vurğulayaraq, “Axtarış və xilasetmə qrupları zərərçəkənlərə kömək edəcək. Qucaratdakı faciə məni narahat edir. Düşüncələrim və dualarım zərərçəkənlərlədir”. ifadələrindən istifadə edib.

Y3

Modi həmçinin bildirib ki, qəzada həyatını itirənlərin yaxınlarına təxminən 2430 dollar, yaralananlara isə təxminən 600 dollar veriləcək.

230 metr uzunluğundakı körpünün 19-cu əsrdə Britaniya hakimiyyəti dövründə tikildiyi və 6 aylıq təmirdən sonra oktyabrın 26-da yenidən istifadəyə verildiyi bildirilir. (AA-İHA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Filippini vuran "Nalqae" qasırğasında ölənlərin sayı 110 nəfərə çatıb.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button