Bizim tərcümə

Son dəqiqə: Lula Braziliyada qalib gəldi!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-31 06:52:44

Braziliya Ali Seçki Məhkəməsindən (TSE) alınan məlumata görə, ölkə daxilində seçki qutularının yüzdə 98,61-inin açılmasından sonra İşçi Partiyasının namizədi Luiz İnasio Lula da Silva yüzdə 50,82 səs toplayaraq prezident seçkilərində qalib gəlib. İlkin nəticələrə görə ikinci olan hazırkı prezident və Liberal Partiyasının namizədi Jair Messias Bolsonaro seçkidə məğlub olub.

Ölkədə keçirilən son sorğuların nəticələrinə görə, hər iki namizədin qalib gəlmə ehtimalının olduğu seçkilərə ictimaiyyət böyük maraq göstərib. Seçicilərin sayının 156 milyonu ötdüyü ölkədə 124 milyondan çox vətəndaş səs verib.

Saytların yığılması Saytlarin yigilmasi

Hər iki namizədin seçki öncəsi bir-birinə qarşı aqressiv münasibəti seçicilər arasında qütbləşməyə səbəb olub. Son günlər artan inflyasiya və yoxsulluqla mübarizə aparan ölkədə seçki öncəsi müxalif qruplar arasında gərginlik qeydə alınıb.

Gərgin atmosfer seçki günündə də əks olunsa da, Luiz İnasio Lula da Silva ölkənin şimal-şərq bölgələrində Braziliya Federal Avtomobil Yolları Polisinin (PRF) seçicilərini daşıyan avtobusları dayandırdığını və onların seçki məntəqələrinə çatmasına mane olduğunu iddia etdi. Seçkiləri idarə edən Braziliya Ali Seçki Məhkəməsi (TSE) hadisə ilə bağlı açıqlama verərək, heç bir vətəndaşın səsvermə hüququndan məhrum edilmədiyini, Federal Yol Polisi (PRF) isə məhkəmə əmrlərinə əməl etdiklərini bildirib.

Bu gün keçirilən seçkilərdə qalib gələn Luiz İnasio Lula da Silva bundan əvvəl 2003-cü ilin yanvarından 2010-cu ilin oktyabrına qədər iki müddətə Braziliya prezidenti olub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button