2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Son dəqiqə: NATO baş katibi RUSİYAYA meydan oxudu

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya müdaxiləsindən sonra təşkil olunan NATO Liderlər Zirvə toplantısından sonra açıqlamalar verib.

Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayan Stoltenberq, “Liderlər Ukraynaya dəstəyimizi davam etdirmək üçün razılaşdılar. Hazırda gördüyümüz tam bir işğaldır. Onlar havadan, qurudan və dənizdən hücum edirlər. Baxın, onlar indi Kiyevə yaxınlaşırlar”.

Digər tərəfdən Stoltenberq Alyansın Ukraynaya hava hücumundan müdafiə sistemi də daxil olmaqla daha çox silah verəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Stoltenberqin açıqlamalarından önəmli məqamları təqdim edirik:

Bu səhvin əvəzini Rusiya ödəyəcək. Biz daha çox şey etməyə hazır olmalıyıq. Biz bunun əvəzini ödəyə bilərik, amma hər halda bunu etməliyik, çünki bu, uzun prosesdir. Rusiya vətəndaşlarına müraciətim; Bu, Rusiyanı dünyada daha hörmətli etməyəcək, sizin uşaqlarınız üçün daha təhlükəsiz etməyəcək. Biz NATO-nun qüvvələrini quruda və dənizdə aktivləşdiririk. Müttəfiqlərimiz alyansın şərq cinahına əlavə minlərlə qoşun göndərdi.

“UKRAYNAYA DƏSTƏYİMİZ DAVAM EDƏCƏK”

Biz hər bir müttəfiqimizi qorumaq üçün hər şeyi etməyə hazırıq. Bu gün liderlər də Ukraynaya dəstəyimizi davam etdirmək barədə razılığa gəliblər. Gürcüstan, Moldova, Bosniya və Herseqovina kimi ölkələrə daha çox dəstək verməliyik. Onların öz istəkləri ilə seçdikləri yolu dəstəkləməliyik. Güclü transatlantik əlaqə olmadan Avropada təhlükəsizlik yoxdur.

NATO-DAN UKRAYNAYA HAVA HÜMÜMESİ SİSTEMİ

Digər tərəfdən Stoltenberq Alyansın Ukraynaya hava hücumundan müdafiə sistemi də daxil olmaqla daha çox silah verəcəyini bildirib.

SUAL CAVAB

UKRAYNA HAKİMİYYƏTİ NƏ QƏDƏR DAVAM GƏTİRƏ BİLƏR?

İndi gördüyümüz hərtərəfli işğal var. Havadan, qurudan və dənizdən hücum edirlər. Biz görürük ki, onlar indi Kiyevə yaxınlaşırlar. Eyni zamanda verilən mesajları da eşidirik. Bunlar ciddi şəkildə göstərir ki, onların məqsədi hakimiyyəti dəyişməkdir. Biz vəziyyəti yaxından izləyirik, amma deyə bilərəm ki, bu, hələ də son deyil. Ukrayna ordusu cəsarətlə döyüşür və faktiki olaraq işğalçı Rusiya güclərinə ciddi ziyan vurublar. Ancaq bu, sürüşkən bir vəziyyətdir və daim dəyişir.

DƏSTƏK VERİLİR?

NATO müttəfiqləri dəstək verməyə davam edir. Bugünkü iclasda da bu barədə danışılıb. Hər kəsə məlumat verilib. Kim və necə dəstək verir? Bu, hazırda daim dəyişən bir vəziyyətdir və onu proqnozlaşdırmaq çətindir. Biz Rusiyaya çox aydın mesaj veririk. Biz tərəfdaşımıza dəstək veririk. Müttəfiqlər müxtəlif yollarla dəstək verirlər. Lakin NATO müttəfiqlərindən danışarkən, NATO-nun 5-ci maddəsi “Bir nəfərə hücum hamımıza hücumdur”. Burada daha ciddi böhran yarana bilər. Rusiya NATO müttəfiqinə hücum edəcəyi təqdirdə bu mesajı açıq şəkildə veririk.

“KİBER HÜCUMLARDAN sonra da BEŞİNCİ MADDƏ aktivləşə bilər”

Kiber sahədə bunu daha əvvəl qeyd etmişdik. Kiberhücumlar 5-ci maddəni də aktivləşdirə bilər. Hazırda kibermüdafiəmizi gücləndirmək üzərində işləyirik. Biz həm öz kiberşəbəkələrimizi, həm də Ukrayna kiberşəbəkələrini gücləndirməyə çalışırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button