2022-11-13 16:30:32
İspaniya La Liqa komandalarından olan Rayo Valyekano dünya çempionatı arasında Türkiyədə “Qalatasaray”la “Fənərbaxça” arasında iki hazırlıq matçı keçirəcəyini açıqlayıb.
Klubdan edilən şərhə görə; Noyabrın 28-də İspaniyadan yola düşəcək “Rayo Valyekano” noyabrın 30-da “Fənərbaxça” ilə qarşılaşacaq. İspaniya təmsilçisi bu matçdan sonra dekabrın 3-də “Qalatasaray”la kozırını bölüşəcək.
Beləliklə, Rayo Valyekano tarixində ilk dəfə Türkiyədə türk komandaları ilə qarşılaşacaq.
RADAMEL FALKAO TÜRKİYƏYƏ GƏLİR
Rayo Valyekano yoldaşlıq matçı açıqlamasında Radamel Falkao ilə Qalatasarayın keçmişinə ayrı mötərizə açdı. Sözügedən açıqlamada “Qalatasaray”dan “Rayo Valyekano”ya keçən kolumbiyalı hücumçunun sarı-qırmızılı komandada 2 mövsümü uğurlu keçirdiyi və azarkeşlərin qəlbində xüsusi yer tutduğu bildirilib.
VILLARREAL DƏ GƏLİR
Rayo Valyekanodan sonra mundial arasında İstanbula gələn Villarreal dekabrın 3-də “Fənərbaxça”, dekabrın 6-da isə “Qalatasaray”la yoldaşlıq oyunları keçirəcəyini açıqlayıb.
Tərcümə“24 SAAT”