Bizim tərcüməDünya

son dəqiqə | Yer qan içində! Pakistanda intihar hücumu: Çoxlu polis ölüb

Son xəbər: Pakistanın Bəlucistan əyalətində polis maşınına intiharçı hücumu nəticəsində 9 polis əməkdaşı həyatını itirib, 11-i isə yaralanıb.

Dawn qəzetində yer alan xəbərə görə, Kaççi və Sibi bölgələri sərhədində olan Bolanda körpüdə polis maşınına intiharçı hücumu həyata keçirilib.

Hücum nəticəsində 9 polis əməkdaşı həyatını itirib, 11-i yaralanıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub.

(AA)

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button