2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Son Dəqiqə: Apple iPhone SE (2022) təqdim olundu – QİYMƏTİ

    Apple şirkəti yeni iPhone SE (2022) smartfonunu təqdim etdi. Yeni iPhone SE modeli özündə klassik dizaynı və müasir prosessoru birləşdirir. Bundan əlavə olaraq bu, Apple şirk’tinin 5G dəstəkli ən ucuz smartfonudur. Təqdimatdan öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, xarici görünüşcə yeni iPhone SE (2022) modeli iPhone SE (2020)-yə bənzəyəcək. Belə də oldu. Qeyd etmək lazımdır ki, iPhone SE (2020) öz növbəsində iPhone 8-in dizaynını təkrarlayır. Yeni iPhone SE (2022) modeli 4.7 düym Retina HD ekran ilə təchiz olunub. Smartfon həm arxa həm də ön tərəfdən qoruyucu şüşə material ilə əhatə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

    Apple şirkətinin məlumatına əsasən həmin şüşə material bazarda mövcud olan ən dözümlü qoruyucu şüşə materiallardan biridir. Smartfonun ön panelinin aşağı hissəsində fiziki Home düyməsi yerləşir və ona ənənəvi Touch ID texnologiyası inteqrasiya edilib. Smartfonun gövdəsi həmçinin IP67 standartı üzrə sudan qorunur. Yeni iPhone SE (2022) modelini əvvəlki modeldən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, A15 Bionic prosessoru ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, iPhone 13 seriyasının modelləri də sözügedən prosessor ilə təchiz olunurlar.

    A15 Bionic prosessoru hesabına iPhone SE (2022) modeli 5G dəstəyini əldə edib. Bundan əlavə olaraq iPhone SE (2022) özündə f/1.8 diafraqmalı 12 MP-lik arxa kameranı və 7 MP-lik ön kameranı birləşdirir. Arxa kamera həmçinin təsvirin optik stabilizasiyası funksiyasını dəstəkləyir. Şirkət bildirib ki, smartfonun kamerası ilə bağlı proqram təminatı təkmilləşdirilib. Bunun hesabına kamera kadrdakı artıq küyü aradan qaldıraraq yüksək keyfiyyətli fotoların çəkilməsi imkanını təqdim edir. iPhone SE (2022) 18 mart tarixində 429$ qiymətində satışa çıxacaq.

24 saat” “Son Dəqiqə: Apple iPhone SE (2022) təqdim olundu – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button