2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

SON DƏQİQƏ: iPhone 7 təqdim olundu – FOTO

Maraqla gözlənilən, iPhone 7 rəsmi olaraq ictimaiyyətə təqdim olundu.

Canlı yayımda “Apple”ın təqdim etdiyi iPhone 7 haqqında rəsmi məlumatları “Technote.az” olaraq sizlərə təqdim edirik:
iPhone 7  fərqli dizaynı ilə yayılan sızıntılardan sonra belə bizi təəccübləndirə bildi. iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və Paslanmaz poladdan olan “Apple” logosu diqqətləri cəlb edir. Və hərkəsin gözlədiyi xüsusiyyət “Suya davamlılıq”, iPhone 7 və iPhone 7 Plus modellərinə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. iPhone 7 modelində Home düyməsi yenidən dizayn edilib və dizaynda iPod-dan ilham alınıb.
iPhone 7 Plus-un iki arxa kameraya sahib olacağı sızıntıları doğru çıxdı. iPhone 7 kamerasının çox daha güclü olacağını bildirmişdik və bu xəbərimiz təqdimat mərasimində Tim Kuk-un dilindən doğrulandı. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq olacaq və fokuslanma çox daha stabil olacaqdır. Ön kamerası 7 MP olacaq iPhone 7-nin arxa kamerası 12 MP-dir.
technote.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button