Bizim tərcümə

Son dəqiqə: Putindən Ukrayna qərarı… 4 rayonda hərbi vəziyyət elan edilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-19 20:21:25

Ukraynada müharibə tam sürətlə davam edərkən, Rusiya prezidenti Putindən yeni bir addım gəldi.

Putin Ukraynadan ilhaq edilən 4 yeni bölgədə hərbi vəziyyətin qərarını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən Rusiya Federasiyasının tərkibinə daxil olan bu 4 regionda hərbi vəziyyətin elan edilməsini özündə ehtiva edən fərmanı imzaladım”, – Rusiya lideri bildirib.

Ukraynanı terror üsullarından istifadə etməkdə ittiham edən Putin, “Bu bölgələrə təxribat qrupları göndərirlər” deyib.

Rusiya Ukraynada son həftələrdə işğal etdiyi Xerson, Zaporojya, Donetsk və Luqansk vilayətlərini rəsmən ilhaq etdiyini açıqlayıb.

Referendumda “hə” qərarının verilməsindən sonra Putin Moskvada keçirdiyi mərasimlə bu bölgələri Rusiyanın bir hissəsi kimi qəbul etdi.

Lakin Ukraynada hərbi cəhətdən çətinlik çəkən Rusiya ötən həftə bu səbəbdən səfərbərlik elan edib.

Ukrayna lideri Zelenski Rusiyanın ilhaq etdiyi bütün bölgələri, o cümlədən Krımı geri alana qədər mübarizə aparacaqlarını bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button