2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Son həftələr Rusiyanın Ukraynada gündəlik itkilərinin 820-dən çox olduğu bildirir

Rusiyaya məxsus “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin Baxmutun kənarındakı Krasna Hora kəndini ələ keçirildiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Vaqner” tərəfindən dəstəklənən Rusiya qüvvələri strateji əhəmiyyətli Baxmut şəhərinə hücumları özünün əsas hədəfinə çevirib.

O da qeyd olunur ki, Kiyev Rusiyanın yeni hücumunu gözləyib və əmin olub ki, aylarla davam edən uğursuzluqlardan sonra Rusiya prezidenti Vladimir Putin fevralın 24-də əsassız işğalının ildönümü öncəsi döyüş meydanındakı uğurlardan danışacaq.

Britaniya kəşfiyyatının Rusiya qüvvələrinin son iki həftədə gündəlik 820-dən çox itki verdiyinə dair Ukrayna hərbi statistikasına əsaslanan qiymətləndirməsində bunu müharibənin ilk günündən bəri ən yüksək itki sayır.

Qiymətləndirmədə Rusiyanın itkilərinin çox olması təlim keçmiş kadrların, koordinasiya və resursların olmaması ilə əlaqələndirir.

“The Washington Post” qəzeti yazır ki, Ukrayna ordusu HIMARS və ABŞ-ın digər dəqiq idarə olunan raket sistemlərindən ən çox zərbələr endirmək üçün Avropada yerləşən ABŞ ordusu tərəfindən verilən hədəf-yer məlumatlarına əsaslanır.

Qəzet Amerika və Ukrayna rəsmilərinə istinad edir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı hücum edib. Hələ də daam edən müharibədə Ukraynada onlarla yaşayış məntəqələri dağıdılır, minlərlə insan həlak olub, yüz minlərlə insan öz evindən və ölkədən didərgin düşüb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button