2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Son illərdə Azərbaycanda körpələrə daha çox eyni adlar qoyulub – siyahı

Son 6 ildə Azərbaycanda uşaqlara daha çox eyni adlar qoyulub.  2011-ci ildə körpələrə ən çox qoyulan 10 kişi adı Yusif (4170), Əli (2923), Hüseyn (2787), Məhəmməd (1914), Murad (1636), Ömər (1417), Kənan (1353), Nihad (1343), İbrahim (1149) və Fərid (1042) olub.
Ötən il də Yusif (3395), Hüseyn (2360), Əli (2197), Ömər (1750), Məhəmməd (1437), Murad (1320), Tunar (1293), Uğur (1242), Ayxan (1188) və İbrahim (915) ən çox qoyulan oğlan adlarıdır.
Bundan başqa, 2011-ci ildə qızlara ən çox Zəhra (3756), Nuray (3609), Fatimə (3100), Ayan (1657), Zeynəb (1626), Aylin (1596), Fidan (1515), Xədicə (1501), Leyla (1345) və Gülay (1193) adları verilib.
Ötən il isə yenə də Zəhra (3006), Nuray (2172), Fatimə (1908), Zeynəb (1859), Aylin (1665), Məryəm (1572), Mələk (1380), Ayan (1350), Mədinə (1092) və Dəniz (1071) ən çox qoyulan adlar sırasındadır.
Siyahıdan da göründüyü kimi, körpələrə verilən adlar arasında xüsusilə ilk beşlikdə duranlar eyni ilə qalıb.
Qeyd edək ki, bu il oğlanlara yenə də daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar, İbrahim, qızlara isə Zəhra, Nuray, Zeynəb, Fatimə, Məryəm, Aylin, Dəniz, Mələk, Damla və Ayan adları qoyulub.

Report

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button