Vakansiya 2021

Son müraciət:14.10.2021 Regional menecer, Filial müdiri və Qrup Rəhbəri

 

İş barədə məlumat

Regional menecer, Filial müdiri və Qrup Rəhbəri İş vaxtı 9:00-dan 18:00-a dək.

INTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC  Gəncə şəhəri  və  Gəncə ətrafı rayonlar üzrə  yerləşən filiallar üçün  REGİONAL MENECER,  FİLİAL MÜDİRİ  VƏ  QRUP RƏHBƏRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əmək haqqı  2000 AZN + motivasiya

Əsas vəzifə və öhdəliklər:

• Filialın işçi heyətinin idarə olunması;

• Filial əməkdaşlarının  peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;

• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;

• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar ücün nəzərdə tutulan və ya vermiş olduqlari kreditlərə nəzarət etmək;

• Filiallar tərəfindən təqdim olunmuş  hesabatları təhlil etmək və yekunlaşdırmaq;

• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;

• Öz səlahiyyətləri daxilində  kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Tələblər:

Lombard və Avto kredit portfeli olan namizədlərə üstünlük veriləcək.

• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;

• Microsoft Office proqramlarında işləmək bacarığı;

• Analitik düşüncə qabiliyyəti;

• İdarəetmə və liderlik qabiliyyəti;

• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@icu.az  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.

Instagram

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button