Loading...
Loading...
Xəbərlər

Son qarşıdurmada 282 Azərbaycan hərbçisi yaralanıb

12-14 sentyabr tarixlərində Azərbaycan və Ermənistan sərhəd bölgəsində gedən silahlı toqquşmada Azərbaycanın 282 hərbçisi yaralanıb. Bu barədə sentyabrın 17-də Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”.

Nazirlik həmçinin iki mülki şəxsin də yaralandığını vurğulayır. Məlumatda bildirilir ki, yaralanan mülki şəxslərdən biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Pelosi Ermənistana səfərini təsdiqlədi, 'detalları' açmadı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button