2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Son sutkada 662 nəfər COVID-19-a yoluxub

Bakı/21.12.21Azərbaycanda  son sutkada koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1 452 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 611 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8 222 nəfər vəfat edib, aktiv xəstə sayı 14545 nəfərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddət ərzində isə ümumilikdə 5 767 538 test aparılıb.

Eyni zmanda  qurum Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 365 vaksin vurulduğunu açıqlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 985, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 622 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 097 316, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 144 676, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 645 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 306 737 təşkil edir.16d-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button