2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Son sutkada 930 yeni yoluxma faktı qeydə alınıb

Bakı/18.01.22  Azərbaycanda koronavirus infeksiyasına son sutkada 930 yeni yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 627 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 480 nəfər müalicə olunaraq sağalıb, 8 541 nəfər vəfat edib, aktiv xəstə sayı 8 994 nəfərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 566  test aparılıb.

Son  bir gündə 29 596 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 504, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 048 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 701 685, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 203 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 717 982, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 780 329 təşkil edir.—06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button