2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Son üç həftədə üçüncü raket sınağı

Şimali Koreya son həftədə 3-cü qısa mənzilli “Scud” raket sınağını keçirib. Təxminən altı dəqiqə havada qalan və 450 kilometr uçan raket Yaponiya sularına düşüb. Yaponiya sınağa etiraz bəyanatı yayıb.

Yapon hökumətinin baş katibi Yoşihide Suga jurnalistlərə açıqlamasında mərminin Yaponiyanın Sado ilə Oki adaları arasındakı iqtisadi bölgəyə düşdüyünü söyləyib. Cənubi Koreya ordusunun sözçüsü də raketin 120 kilometr məsafəyə çatdığını və atılan mərmilərin “qəti sayının müəyyənləşməsi üçün araşdırmanın davam etdiyini” bildirib. Bu açıqlama Şimali Koreyanın birdən çox raket atmış ola biləcəyini göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Şimali Koreya bu raket sınağından bir gün əvvəl də yeni zenit silah sistemini sınaqdan keçirmişdi. Rəsmi mətbuat orqanları da ölkənin lideri Kim Çenin yeni silahların sınağı zamanı çəkilmiş fotoşəkilini nəşr etmişdi. Şimali Koreyanın əlində Sovetlər Birliyi tərəfindən istehsal edilmiş çox sayda qısa mənzilli “Scud” mərmisi var. Bu mərmilərin hesablanmış hədəfi 1000 kilometrə çatır.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button