2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Son vaxtlar 17 AXCP üzvü işdən çıxarılıb VİDEO

Gözəl Bayramlı: İşdən çıxarılanlar sənədlərini hazırlayırlar, yaxın günlərdə məhkəmələrə müraciət edəcəklər

8 aprel mitinqinə qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasının 5 üzvü işdən çıxarılıb, aksiyadan sonra 13 nəfər işindən məhrum edilib. Onların əksəriyyəti orta məktəblərdə çalışırmış.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Meydan TV-yə danışıb.

Gözəl Bayramlı deyir ki, 8 aprel aksiyasına qədər işdən çıxarılanlardan yalnız Sahib Rüstəmli sonradan işinə bərpa olunub. O da məhkəməyə şikayət etməklə pozulmuş hüququnu bərpa edə bilib.

Bayramlı işdən çıxarılanların müxtəlif bölgələrdən olduğunu bildirib:

“Bura Goranboy, Neftçala, Oğuz, Qəbələ, Şəki, Masallı və paytaxt rayonları daxildir”.

Gözəl Bayramlı söyləyib ki, işdən çıxarılanlar sənədlərini hazırlayırlar, yaxın günlərdə məhkəmələrə müraciət edəcəklər.

[youtube https://www.youtube.com/watch?v=aUOj8-HV9Eg?feature=oembed&w=500&h=281]

AXCP yetkilisi işdən çıxarılanların siyahısını Meydan TV-yə təqdim edib:

1.    İlham Qiliyev – AXCP Qəbələ rayon şöbəsinin sədri, müəllim,  sentyabr, 2016-cı ildə işdən çıxarılıb.

2.   Yaşar Məmmədov – AXCP Oğuz rayon şöbəsinin sədri, müəllim, sentyabr, 2016-cı ildə işdən çıxarılıb.

3.    Qələndər Aslanov – AXCP Goranboy rayon şöbəsinin sədri, mühəndis, sentyabr, 2016-cı ildə işdən çıxarılıb.

4.    Elnur Fərəcov – AXCP Neftçala rayon şöbəsinin fəalı,  “Azər-Yod MMC”, fəhlə, sentaybr, 2016-cı ildə işdən çıxarılıb., hazırda siyasi məhbusdur, 4 may 2017-ci ildə 3 il həbs cəzası verilib

5.    Əli Abdullayaev – Şəki rayon şöbəsindən AXCP Ali Məclisinin üzvü, aprel, 2017-ci ildə işdən çıxarılıb.

“Qaz İxrac” İdarəsi, Ağdaş qaz kəmərləri sahəsi, icraçı, 21 aprel, 2017-ci ildə işdən çıxarılıb.

6.    Əflatun Əhmədzadə – AXCP Neftçala rayon şöbəsinin sədri, müəllim, 27 aprel, 2017-ci ildə işdən çıxarılıb.

7.    Ülkər Əhmədzadə- AXCP Neftçala rayon şöbəsinin fəəalı, müəllim, 27 aprel, 2017-ci ildə işdən çıxarılıb.

8.    Mirağa Musayev-  AXCP Neftçala rayon şöbəsinin fəalı, məşqçi-müəllim, 29 aprel,  2017-ci ildə işdən çıxarılıb.

9.    Aydın İsalı – AXCP Suraxanı rayon şöbəsi sədrinin müavini, SOCAR, baş operator, 29 aprel, 2017-ci ildə işdən çıxarılıb.

10.    İlkin Əliyev – AXCP Suraxanı rayon şöbəsinin fəalı, “Azəriqaz”  Abşeron istismar  sahəsində  nəzarətçi-çilingər,  29 aprel, 2017-ci ildə işdən çıxarılıb.

11.    Novruz Tağıyev – AXCP Binəqədi  rayon şöbəsinin fəalı, “Neftçi” idman-sağlamlıq kompleksi,  inzibatçı , 29 aprel, 2017-ci ildə işdən çıxarılıb.

12.    Cəlil İmanov – AXCP Masallı rayon şöbəsi Gənclər Komitəsi sədrinin müavini, müəllim, 2 may, 2017-ci ildə işdən çıxarılıb.

13.    Elxan Nuriyev – AXCP Xətai rayon şöbəsinin fəalı, “Azərsu”, sürücü, 3 may, 2017-ci ildə işdən çıxarılıb.

14.    Firdovsi Məmmədov – AXCP Xətai rayon şöbəsinin fəalı,  “Səma” MMC, satış müdiri, 3 may, 2017-ci ildə işdən çıxarılıb.

15.    Samir Həsənov – AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri, “Avropa” MMC, Şəki filialı, satış üzrə köməkçi, 4 may, 2017-ci ildə işdən çıxarılıb.

16.    Məhəmməd Əlifov – SOCAR, mühafizəçi, 4 may, 2017-ci ildə işdən çıxarılıb.

17.    Laçın Əsgərli – Masallı rayon şöbəsindən AXCP Ali Məclisnin üzvü, müəllim, 4 may, 2017-ci ildə işdən çıxarılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button