2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sonanın uşaqları

Xaqani Əliyev

[email protected]

Saytların yığılması Saytlarin yigilmasi

Ölkədə çox maraqlı proseslər gedir. Təxminən 20 ildir ki, məşğul görünməyə çalışan, insanlara böyük islahatlardan sonra xoş gələcək vəd edən hakimiyyət hazırda böhrandan çıxış yolları arayır. Gah baramaçılığı inkişaf etdirməyi düşünür, gah da turizmi. Sanki bu ölkədə nə neft olub, nə də ki, qaz. 20 ildən sonra hər şeyə yenidən başlayırıq. Istər-istəməz “O olmasın, bu olsun” filmindəki məşhur sual yada düşür: bəs yüz milyardlarla neft pulları hara getdi?

Bu pullardan təkcə 25 milyardı yol çəkilişinə “xərclənib”. Normal ölkələrdə bu pula dünya standartlarına uyğun təxminən 5 min kilometr uzunluğunda, özü də yaşıllıq da daxil, yol çəkmək praktikası mövcuddur. Kilometri təxminən 5-6 milyona başa gələn yolu bizimkilər 23-25 milyona çəkdilər, özü də necə…

Son bir ilə qədər ölkədə bir çoxlarının, xüsusən də gənclərin həsəd apardığı və gələcəkdə ona bənzəmək istədiyi milyarder iş adamları – oliqarxlar var idi. Yüngülvari bir “vəlvələ”dən sonra məlum oldu ki, onların tuman-köynəkləri belə, bankdan götürülən kreditlə alınıb. Hamısını aparıb yığdılar “bandotdel”ə. O günlərin mətbuatında olaqarxlar haqda üç xəbərin üçü də bu dəxli olmayan qurumla bağlı idi – birincidə “bandotdel”ə aparırdılar; ikincidə soraqları oradakı kameralardan gəlirdi; nəhayət, sonda bəzi xoşbəxtlər oradan geri qayıdırdı.

Dövlət büdcəsi bu illər ərzində ən müxtəlif yollarla talandı, məhdud bir kəsim çox qısa müddətdə ağlasığmaz bir sərvət əldə etdi. Işin ən maraqlı tərəfi bilirsinizmi nədir? Normal ölkələrdə qanunsuz yolla bu qədər sərvət əldə edən hakimiyyət, yaxud da onun əksər təmsilçiləri məntiqlə, fürsət düşdükcə ölkəni tərk etməli idilər. Mövzuya bir qədər sonra qayıdacam. Hələlik isə qısa bir haşiyə ilə yazımı davam etdirmək istəyirəm.

Yadınızdadırsa, bir neçə il bundan əvvəl, böyük bir QHT ordusu dövlət tərəfindən maliyyələşdirilən, mövzusu da rüşvət və korrupsiyanı doğuran səbəblər olan bir layihənin təqdimatını keçirdi. Mən diqqət və səbrsizliklə həmin QHT rəhbərlərinin mərasimin sonundakı açıqlamaları, daha doğrusu, gəldikləri nəticə ilə tanış oldum. Fikirləşirdim ki, bu boyda cidanı çuvalda gizlətmək mümkün olmayacaq, yəqin ki, bəzi kateqoriya məmurlar tənqid ediləcək, cücərti şəklində olsa da, hakimiyyətin ünvanına bəzi iradlar səslənəcək və s.

Sizi intizarda qoymayacam, buyurun, özünü qeyri-hökümət təşkilatı kimi bizə sırımaq istəyənlərin gəldikləri nəticə ilə tanış olun: “Rüşvət və korrupsiyanın mənbəyi sadə vətəndaşlardır. Türkün sözü, onlar verməsə… ölkədə bu cür neqativ hallar olmaz”.

Indi bildinizmi, kimdir bütün ölkənin axtardığı, inkişafa əngəl olan Sonanın uşaqları?

Bəli, əziz oxucu, iqtidarın Azərbaycan xalqı haqda fəlsəfəsi belədir. Yəni rüşvəti xalqın xətrinə dəyməmək üçün alırlar və yaxın gələcəkdə xalqı rüşvət verməkdən çəkindirəcəklər. Bu proses nə qədər davam edəcək, onu da açıqlayırlar. Təxminən 2025-ci ili dönüş ili kimi göstərirlər. Hörmətli akademik, Prezident Administrasiyasının müdiri Ramiz Mehdiyev isə əksinə, tələsməməyi məsləhət görür. Onun kitablarından birində bu prosesin tam olaraq başa çatması 2032-ci ildən tez olmayaraq proqnozlaşdırılır. Yeri gəlmişkən, o vaxtadək neft və qaz adlı bəladan da qurtulacağıq. Tam sərbəst olacağıq.

Sonanın uşaqları üçün 16 il nədir ki? Əsas məsələ iqtidarın duruş gətirə bilməsi, baramaçılıq və turizmin inkişaf etməsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button