2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Sony Playstation VR 2-nin xarici görünüşünü ilk dəfə sərgiləyib

    Sony şirkəti Playstation VR 2 cihazının xarici görünüşünü ilk dəfə sərgiləyib. Sərgilənmiş xarici görünüşdən də görmək olar ki, VR cihazın dizaynı idarəetmə gamepadlarının dizaynı kimi dairəvi formaya sahibdir. Sony rəsmi şəkildə bildirib ki, istifadəçilər Playstation VR 2 sayəsində 360 dərəcəlik təsviri hiss edə biləcəklər. Bundan əlavə olaraq VR cihazın dizaynı həmçinin Playstation 5-in dizaynından ilhamlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

    Sony bildirib ki, VR cihazın müxtəlif ölçülü baş hissəsində rahat şəkildə istifadəsi üçün onu uzun müddət ərzində test edib. Birinci nəsil Playstation VR-da olmuş müsbət özəlliklər Playstation VR 2-yə də inteqrasiya edilib. Buna misal olaraq istifadəçi üzündən ekrana kimi olan məsafənin ayarlanmasını və qulaqlıqlar üçün nəzərdə tutulmuş girişin rahat yerdə yerləşdirilməsini gətirmək olar. Bununla belə Playstation VR 2 yeni özəlliklər də əldə edib. Onlar aşağıdakılardır:

– Obyektivin ayarlanması diski. Linzalar üçün təsvirin optimizasiyası yolunda istifadəçi daha geniş imkanlara sahib olacaq

– Daha kiçik çəki və ölçü

– İstifadəçinin oyunlardakı əhatəni müəyyən səviyyədə hiss etməsi üçün yeni nəsil vibromotorlar

– Linzaların tərləməməsi üçün havalandırma çıxışının yeni dizaynı.

    Daha əvvəl Sony bildirmişdi ki, Playstation VR 2 2000×2040 piksel keyfiyyətli 2 ədəd OLED ekran ilə təchiz olunub. Ekranlar 110 dərəcəlik baxış bucağına, 90-120 Hz-lik təsvir yenilənməsinə və 4K HDR dəstəyinə sahibdirlər. VR cihazın gövdəsinə 4 ədəd kamera yerləşdirilib. Həmin kameralar cihazın və onun idarəetmə gamepadlarının hərəkətlərini izləyirlər. Cihazın daxilində həmçinin infraqırmızı kameralar var və onlar istifadəçi gözlərinin hərəkətlərini izləyirlər. Sony Playstation VR 2-nin hansı qiymətə satılacağı barəsində hələ məlumat verməyib.

24 saat” “Sony Playstation VR 2-nin xarici görünüşünü ilk dəfə sərgiləyib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button