2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Sony unikal kamera imkanlarına sahib Xperia 1 IV adlı yeni flaqman smartfonunu təqdim edib – QİYMƏTİ

    Sony şirkəti Xperia 1 IV adlı yeni flaqman smartfonunu təqdim edib. Təqdim edilmiş yeni smartfon özündə ənənəvi Xperia dizaynını qoruyub saxlayıb və bununla yanaşı təkmilləşdirilmiş texniki özəlliklər əldə edb. Şirkət əvvəlki flaqman smartfonlarında olduğu kimi Xperia 1 IV-də də əsas diqqəti kamera imkanlarına ayırıb. Bununla da şirkət özünün Alpha seriyalı professional kameralarının təcrübəsini istifadəçilərə təqdim etmək niyyətindədir. Beləliklə Xperia 1 IV smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Smartfonun arxa paneli həmçinin əlavə qoruyucu şüşəyə sahibdir. Əvvəlki flaqman smartfon ilə müqayisədə Xperia 1 IV modelinin ekranı 50% daha parlaq olub. Ön panel dizaynı bıxımından qeyd etmək lazımdır ki, ön kamera ənənəvi Xperia modellərində olduğu kimi smartfonun yuxarı hissəsindəki çərçivədə yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

    Şirkət smartfonda naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi qoruyub saxlayıb və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri təkmilləşdirib. Beləliklə bu yeni smartfonda səs daha həcmli şəkildə səslənir. Xperia 1 IV modelinin gövdəsi IP65 IP68 standartları üzrə tozdan və sudan qorunur. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinin dəstəyi reallaşdırılıb. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 1 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 12 MP (f/1.7 diafraqma, 24 mm fokus məsafəsi, 82 dərəcə bucaq əhatəsi) + 12 MP (f/2.3 + f/2.8 diafraqma, 85-125 mm fokus məsafəsi) + 12 MP (f/.2.2 diafraqma, 16 mm fokus məsafəsi, 124 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera, 12 MP-lik (83 dərəcə bucaq əhatəsi) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfonun bütün kameraları 120 fps sürətlə 4K HDR formatında videolar çəkə bilirlər. Bundan əlavə olaraq kameralar insan gözü və ya seçilmiş obyektlər üzrə fokuslanmanı da dəstəkləyirlər. Fotoları 20 fps sürətlə çəkmək mümkündür. Bununla yanaşı smartfonun kamera obyektivlərində Zeiss T adlı örtükdən istifadə edilir. Bu örtük kadrdakı bulanıq halları minimuma endirir. Video çəkməyi sevənlər üçün smartfonda fərdi ayarlama imkanlarını özündə birləşdirən professional çəkiliş rejimi reallaşdırılıb. Bundan əlavə olaraq Xperia 1 IV-də daha təkmilləşdirilmiş stabilizasiya sistemindən və kadrdakı küyün boğulması üzrə daha effektiv texnologiyadan istifadə edilir. Smartfon həmçinin Qi standartlı naqilsiz və ikitərəfli şarj texnologiyalarının dəstəyinə sahibdir. Xperia 1 IV modeli Funtouch OS 12 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfonu yaxın müddətdə gözləmək lazım deyil. Belə ki, o, payız fəslində satışa çıxacaq və 1599$ qiymətində satılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button