2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sorğu: Ölkəni ‘böyük dövlət’ kimi görmək istəyən rusiyalıların sayı azalır

Rusiyada öz ölkələrini “böyük dövlət” kimi görmək istəyənlərin sayı tarixi baxımdan ən aşağı həddinə enib.

Levada müstəqil rəy sorğusu şirkətinin apardığı sorğuya görə rəyi soruşulanların yalnız 32 faizi Rusiyanı superdövlət kimi görmək istədiyini bildirib.

Amma bu da qeyd olunur ki, Rusiyada “sovet siyasi sisteminin” və “planlı iqtisadiyyatın” olmasını istəyənlərin sayı əksinə maksimum həddinə yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya hakimiyyəti tərəfindən xarici agent kimi qeydə alınmış Levada şirkətinin sorğusunda rəyi soruşulan rusiyalıların 66 faizi Rusiyanı ilk növbədə “yüksək həyat səviyyəsinə malik” ölkə kimi görmək istədiyini bildirib.

Respondentlərin 32 faizi Rusiyanı başqalarının hörmət etdiyi və çəkindiyi ölkə kimi görmək istədiyini deyib.

Levada bildirir ki, Rusiyanı ilk növbədə yüksək həyat səviyyəsinə malik ölkə kimi görmək istəyənlərin faizi 2015-ci ildən bəri artmaqda davam edir.

Bu rəqəm bu sorğuda özünün ən yüksək həddinə çatıb.

Öz ölkəsini ilk növbədə supergüc kimi görmək istəyənlərin faizi isə əksinə ən aşağı həddə edib.

Putini dəstəkləyənlər

Bu da qeyd olunur ki, Rusiyanı ilk növbədə yüksək həyat səviyyəsinə malik ölkə kimi görmək istəyənlərin faizi bütün yaş qruplarında yüksəkdir.

Lakin bu mənada ən böyük faiz 18-24 yaşlıların arasında qeydə alınıb – 74 faiz.

Əksinə Rusiyanın “böyük dövlət” olması ideyası 55 yaşdan yuxarılanın arasında daha populyar olmaqla 39 faiz təşkil edir.

Rusiya prezidentini dəstəkləyənlərin 39 faizi Rusiyanı ilk növbədə supergüc kimi görmək istəyənlərdir.

Bu yaş qrupunda ölkəni yüksək həyat səviyyəsi olan dövlət kimi görmək istəyənlərin faizi 59-dur.

Vladimir Putinin fəaliyyətini dəstəkləməyənlərin 79 faizi yüksək həyat səviyyəsi olan ölkəyə tərəfdardır.

Rəyi soruşulanlarlın 49 faizi ölkədə sovet sisteminin bərqərar olmasını istəyir. Bu, 2000-ci illərdən bəri ən yüksək göstəricidir.

Rəyi soruşulanların 18 faizi hazırkı siyasi vəziyyəti qəbul etdiyini bildirib.

Lakin bu variantı seçənlərin faizi 2015-ci ildən bəri iki dəfə azalıb.

“Sovet sistemi” nə deməkdir?

Respondentlərin 16 faizi “Qərb ölkələrində mövcud olan demokratiyanı” ən yaxşı siyasi sistem hesab etdiyini deyib.

“Sovet siyasi sistemi” daha çox 55 yaşdan yuxarı olanların arasında populyardır.

Bu yaş qrupunda onlar 62 faiz təşkil edirlər.

Hazırkı siyasi sistem daha çox 25-39 yaşlarında olan rusiyalıları qane edir. Onlar rəyi soruşulanların 32 faizidir.

18-24 yaş qrupunda olan respondentlərin 32 faizi “Qərb ölkələrində olan demokratik sistemə” üstünlük verib.

“Sovet sisteminin” nədən ibarət olması sorğu suallarında açıqlanmayıb.

Ümumilikdə rəyi soruşulanların 62 faizi dövlət tərəfindən planlaşdırılan iqtisadi sistemə tərəfdar olduğunu bildirib.

Maraqlıdır ki, bu göstərici sorğuların keçirildiyi bütün müddət ərzində ən yüksək həddinə çatıb.

Respondentlərin yalnız 24 faizi özəl mülkiyyət və bazar münasibətlərinə tərəfdar olduğunu deyib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button