SEÇMƏ

SORĞU: Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti uzadılmalıdırmı?

Yayımlandı: 10 Noyabr 2022 21:58

2 il əvvəl bu gün Azərbaycan, RusiyaErmənistan arasında atəşkəs bəyanatı imzalandı. Sənədə görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi. 

Sülhməramlıların ərazidə qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən heç biri əks mövqedə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. 

Ermənistanın Baş naziri Nikol Paşinyan bu müddətin uzadılmasının, sülhməramlıların regiondakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələləri tam həll olunanadək qalmasının tərəfdarıdır.

Bakı sakinləri arasında keçirdiyimiz sorğuda onlardan Rusiya sülhməramlılarının regionda qalması ilə bağlı fikirlərini soruşduq.

Meydan TV

Gözdən qaçırmayın:  Həbsdəki keçmiş icra başçısının məhkəməsi başladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button