2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sorğular Ərdoğanın müxalifətdən geri qaldığını göstərir

Yenicə keçirilmiş rəy sorğuları Türkiyə seçkilərində müxalifətin namizədi Kemal Kılıcdaroğlunun prezident Recep Tayyip Ərdoğandan 10 faiz irəlidə olduğunu göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters yazır ki, sorğular habelə müxalifətin Milli Alyans adlı blokunun Erdoğanın hakim AK partiyası və onun müttəfiqlərindən azı 6 bənd irəlidə olduğunu nümayiş etdirib.

Kürdyönlü Xalq Demokratik Partiyasının (HDP) indilik səslərin azı 10 faizinə sahib olduğu görünür.

Şərhçilər bildirirlər ki, mayın 14-ə təyin edilmiş prezident və parlament seçkiləri Ərdoğanın 20 illik hakimiyyəti üçün ən böyük sınaq olacaq.

Onun partiyasının populyarlığı son illərdə bahalığa görə azalıb. Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən ziyan çəkmiş ənənəvi AKP tərəfdarlarının bir çoxu da mövqeyini dəyişməyi düşünür.

Qarşıdan gələn seçkilər Türkiyəyə təkcə kimin rəhbərlik edəcəyini deyil, həm də ölkənin necə idarə olunacağını, onun Ukrayna müharibəsində və Yaxın Şərqdə oynadığı rolu müəyyən etməlidir.

Teneo mərəzinin siyasi risk üzrə həmsədri Volfanqo Pikkoli (Wolfango Piccoli) deyib ki, Milli Alyansın indiki üstünlüyünü qoruyub saxlaması üçün onun daha geniş milli cəbhədən çıxış etməsi zəruridir:

“Sadəcə olaraq hər şeyə görə Ərdoğanı ittiham etmək metodu Türkiyədə işləməyəcək. Ötən seçkilər Ərdoğanın fenomenal kampaniyaçı olduğunu nümayiş etdirib, amma son bəyanatları onun populyarlığının və ürəklərə yol tapmaq qabiliyyətinin azaldığını göstərir.”

Bütün rəy sorğuları üzə müxalifət irəlidədir

Ötən şənbə günü Aksoy Araşdırma tərəfindən açıqlanmış və martın 8-də keçirilmiş rəy sorğusu martın 6-da müxalifətin vahid namizədi elan edilmiş Kemal Kılıcdaroğlunun 55,6 faiz dəstəyə malik olduğunu göstərib. Bu sorğuya görə Ərdoğanın dəstəyi 44,4 faizdir.

Sorğuda respondentlərin 44,1 faizi müxalifət blokuna, 10,3 faizi isə HDP-yə dəstək bildirib. AKP və onun müttəfiqi olan Milli Hərəkət Partiyasının (MHP) dəstəyi isə 38,2 faiz olub.

Alf Research şirkətinin martın 6-7-də keçirdiyi rəy sorğusu Kılıcdaroğluna 55,1 faiz, Ərdoğana isə 44,9 faiz dəstək nümayiş etdirib.

Bu rəy sorğusunda Kılıcdaroğlunun Respublika Xalq Partiyası (CHP) respondent səslərinin 31,8 faizini qazanıb. Ərdoğanın AKP partiyasının göstəricisi 31 faizdir.

Bu rəy sorğusuna görə əsas müxalifət bloku 43,5 faiz, HDP isə 11,3 faiz səsə malikdir. AKP və MHP-nin toplam göstəricisi 37,5 faiz olub.

Piar Research firmasının keçirdiyi rəy sorğusunun nəticələrinə görə Kılıcdaroğlu 57,1 faiz, Ərdoğan isə 42,9 faiz dəstəyə malikdir.

Respondentlərin 32,3 faizi CHP-yə, 30,8 faizi AKP-yə və 11,6 faizi HDP-yə üstünlük verdiyini bildirib.

Zəlzələ elektoratı bir elə tərpətməyib

ORC Research adlı mərkəzin keçirdiyi rəy sorğusunda Kılıcdaroğlu respondentlərin 56,8 faiz dəstəyini qazanıb. Ərdoğanın göstəricisi isə 43,2 faiz olub.

Bu rəy sorğusu martın 4-6-da, Kılıcdaroğlu hələ vahid namizəd elan edilməzdən əvvəl keçirilmişdi.

24 saat” “
Sorğular Ərdoğanın müxalifətdən geri qaldığını göstərir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button