2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Sosial ədalətsizlik, stress və artan ölüm halları

Azərbaycanda ölüm halları gündən-günə artır.  Artıq bunu nə rəsmi qurumlar, nə də hər gün yeni inkişaf nağılları uyduran səlahiyyətli şəxslər danmaq iqtidarındadır. Ölkədə həyat göstəriciləri hər gün aşağı düşür və bu böhranın nəticəsi də getdikcə artan ölüm hallarının sayında açıq-aşkar özünü göstərir. Rəsmi açıqlamaya görə 2010-cu ildən bu günə kimi Azərbaycanda ölüm halları 1,1 dəfə artıb. Dövlət Statistika Komitəsinin bu ilin yanvar-fevral ayları üçün açıqladığı ölüm hallarınım sayı 11 070 olub. Bu göstəriciyə əsasən əhalinin hər 1000 nəfərinə hesablanan ölüm səviyyəsi 7,1 % təşkil edib. Açıqlanan rəqəmi keçən ilin yanvar-iyul ayları üzrə qeydə alınan 33,0 min,  oktyabr ayı üzrə qeydə alınan 46,5 min, ilin sonuna qeydə alınan  56648-ə ölüm halı ilə müqayisə etsək, aylar üzrə artımı özümüz  açıqca görə bilərik.

Saytların yığılması Saytlarin yigilmasi

Statistik rəqəmlər müxtəlif yaş qrupları arasında ölüm hallarının da ildən-ilə  artdığını göstərir. Bu qruplar arasında 50-54 yaş arasında olanlar üstünlük təşkil edir. Əgər BMT-nin hesablamaları əsasında Azərbaycanda orta yaş dövrünün 72-dən 62-yə düşdüyünün nəzərə alsaq, açıqlanan rəqəmlərin tam dəqiq olduğuna heç bir şübhə yeri də qalmır. Ölkə üzrə aparılan başqa bir araşdırmaya görə də son illər Azərbaycanda yaşı 50-60 arasında olan insanların sayı  azalıb.  Sosioloq Əhməd Qəşəmoğlu bu məsələni belə izah edir: “Cəmiyyət mürəkkəbləşdikcə, hər bir situasiyadan baş çıxarmaq mənasında çətinliklər yaranır. Bu isə öz fəaliyyətini, davranışını, güzəranını qurmaq baxımından insanlara çətinlik yaradır. Yaranan çətinliyin özü də bir stress yaradır. Stressin çoxalması hesabına əhali arasında yayılan qan-damar, əsəb xəstəlikləri artmaqda davam edir. Digər tərəfdən, Azərbaycan ailəsi tarix boyu heç vaxt indiki qədər gərgin vəziyyətdə olmayıb. İnsan xarici mühitdən aldığı mənfi enerjini özü ilə birgə evinə də gətirir. Bu enerjini ailədə atmalıdır. Bunun üçün uyğun şərait olmalıdır. İndiki ailələrdə əvvəlki şərait yoxdur. Vəziyyət elədir ki, insan evdə dincəlmək əvəzinə daha çox stress yaşayır, problemlərlə yüklənir. Problemlər bir az da artır. Bu gərginlik ailənin bütün üzvlərinə təsir edir, xəstəliklərə səbəb olur.”

Ekspertin fikirlərindən yola çıxıb, xəstəliklərin ölüm statistikasında neçə faiz yer aldığına baxsaq, onun da mühüm bir rəqəm olduğunu görə bilərik.  Azərbaycanda keçən il dünyasını dəyişən 56648 nəfərin ( 29924 nəfər kişi, 26724 nəfər qadın) ölümündə qan dövranı xəstəlikləri böyük yer tutub. 2016-cı ildə bu xəstəlikdən yaranan ölüm hallarının sayı 34093 nəfər olub. Onların 17089 nəfəri qadın, 17004 nəfəri kişidir.

Ölkədə artan ölüm rəqəmlərində intiharların da öz “payı” var.  Ötən ilin rəsmi statistikasına görə, 2016-cı il ərzində Azərbaycanda 500-dən  artıq intihar hadisəsi baş verib. Müstəqil ekspertlərin fikrincə, bu il üzrə intihar hallarının sayı keçənilki rəqəmi çoxdan arxada qoyub. Ümumiyyətlə, statistika göstərir ki, son 10-15 ildə Azərbaycanda intihar hadisələrinin sayı 5-6 dəfə artıb. Azərbaycan Psixiatrlar Assosiasiyasının sədri Nadir İsmayılovun sözlərinə görə,  20-30 il əvvəl Azərbaycanda intiharlar SSRİ ölkələri arasında ən aşağı səviyyədə olub. “Həmin dövrdə bu, ailə, adət-ənənələr, dinə münasibətlə izah edilirdi. Bu gün də cəmiyyətdə münasibətlər eyni olaraq qalır. Deməli, cəmiyyətdə gərginlik, intihara aparan səbəblər, sosial ədalətsizlik artıb”.

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button