2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sosial mənzillərin dəyəri açıqlandı

“Sosial evlərin qiyməti bazar qiymətindən təxminən 20-25% aşağı olacaq”
Bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bu gün “Caspian European Club”ın təşkil etdiyi biznes forumda jurnalistlərə açıqlamasında deyib.
“Öncə tikinti prosesi başa çatdıqdan sonra qiymətdə əsas güzəşt bazar qiymətindən aşağı olmasıdır. Bazar qiyməti sosial evlərin yerləşməsindən də asılıdır. Bazar qiyməti satış zamanı müəyyən edildikdə, əgər satış hansısa vaxtda təyin olunacaqsa, bazar qiymətindən ondan aşağı, yəni dövlətin verdiyi dəstək hesabına ondan aşağı müəyyən olunacaq”, – deyə direktor sözlərinə əlavə edib.
Onun sözlərinə görə, qiymətlər daha da aşağı salına bilər:
“Faizlər də evlərin hansı ərazilərdə yerləşməsindən asılı olaraq dəyişəcək, çünki dövlət dəstəyi torpağın ayrılması və kommunikasiyanın çəkilməsindən ibarətdir. Çox güman ki, imkan olarsa qiymətlər daha da aşağı olacaq”.(oxu.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button