2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sosial media fəalının döyüldüyü deyilir 

Azərbaycanın ərazi bütövlüyü ugurunda ötən il İkinci Qarabağ müharibəsində həlak olan Xudayar Yusifzadə ilə bağlı bir müddət öncə tənqidlə qarşılanan status paylaşdığı deyilən fəal Fuad Rəsulzadəni bir qrup şəxsin döydüyü bildirilir.

Artıq sosial şəbəkələrdə bunun əks edildiyi bildirilən videolar da yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Danışa bilmir”

Bu barədə AzadlıqRadiosuna Rəsulzadənin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, fəal bugün, aprelin 28-də axşam saatlarında bir qrup şəxsin hücumuna məruz qalıb:

“Möhkəm döyülüb, başına 4 tikiş qoyulub. Fuad ilkin həkim müayinəsindən keçdi, xoşbəxtlikdən daxili orqanlarında ciddi zədə yoxdur, amma özü hələ ki, danışa bilmir”.

Fəalın yaxınları qeyd edib ki, hücum edənlər bunu Xudayar Yusifzadə ilə bağlı statusla əlaqəli olduğunu bildiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan” Agentliyinə bildirib ki, deyilən məsələ ilə bağlı araşdırma aparılır.

24 saat” “Sosial media fəalının döyüldüyü deyilir ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button