2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Sosial şəbəkələrdə və KİV-də adamı abırsız bir vəziyyətə salırlar”

Oqtay Əsədov jurnalistlərə xəbərdarlıq edib

“Sosial şəbəkələrdə dövlətin parlamentini gözdən salırlar. Onlara informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər”. Bunu deputat Tahir Kərimli parlamentin dekabrın 18-də keçirilən plenar iclasında deyib. O, dövlət məmurlarının və deputatların KİV-də və sosial şəbəkələrdə təhqir hədəfinə çevrildiyini deyib.

Tahir Kərimli məsələni tənzimləmək üçün “Mətbuat Şurası haqqında” qanunun qəbul olunmasını və bu quruma yeri gələndə cəzalandırıma səlahiyyəti verilməsini təklif edib:

“Eyni zamanda bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir. Heç biz görmürük bir neçə günlüyünə də olsun hansısa televiziya verilişi dayandırılsın”.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat vurğulayıb ki, qanunda bu məsələyə baxmaq lazımdır:

“Adamı abırsız bir vəziyyətə salırlar. Ailə tərbiyəsi görmüşük, 50-60 il yaşamışıq. Uşaqlıqdan bizi valideynlərimizin küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər. Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Əli Həsənov da (Prezidentin köməkçisi – red.) öz müsahibəsinə bu məsələyə toxunub”.

Oqtay Əsədov
Oqtay Əsədov

Spiker Oqtay Əsədov çıxışa cavab olaraq, parlamentdə akkreditasiya edilmiş jurnalistlərə xəbərdarlıq edib:

“Bəzən iclaslarda çıxış edən deputatların fikirlərini kontrekstdən çıxarıb yayırlar. “Xahiş edirəm ki, bu məsələdə diqqətli olun. Nə deyilibsə, onu yazın. Kontekstdən söz çıxarmaq lazım deyil”.

Meydan TV

24saat.org xatırladır ki, Tahir Kərimli Milli Məclisin iclaslarında etdiyi çıxışlarla dəfələrlə gündəmə gəlib və sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Xüsusilə, Azərbaycan dövlət himninin uzun olması, qəmgin notlar üzərində yazıldığını deyərək, himni dəyişməyi təklif etməsi böyük narazılıqla qarşılanmışdı:
“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır”.
Həmin vaxt deputat Fəzail İbrahimli himnlə bağlı Tahir Kərimlinin dediyi fikrə qarşı şıxıb. O deyib ki, himndə Azərbaycanın təqdimatı, tarixi var və bir sözdən də imtina emək, qısaltmaq olmaz:
“Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Bu məsələlərlə oynamayın. Xahiş edirəm, bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button