2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sosial yardım verilməyən 9 nəfərlik ailə yoxsulluqdan şikayətlənir

Tovuz rayonu Böyük Qışlaq kənd sakini Aqil Qasımov maddi vəziyyətinin çətin olmasından şikayətlənir.6 övladı ilə bu evdə yaşayan Aqilin övladı epilepsiya xəstəsidir. 76 manat təqaüd isə onun dərmanlarına belə bəs etmir. Özü işsiz, yoldaşı işsiz, 6 övladına və xəstə anasına baxmağa məcburdur. Aylardır ki, sosial yardım da verilmədiyindən vəziyyətləri daha da pisləşib. Vəziyyətləri barədə danışan xanımı Xəyalə İbrahimova ağız açmadıqları dövlət orqanı qalmadığını lakin heç yerdən kömək edilməyini deyir.

Saytların yığılması Saytlarin yigilmasi

 

Hazırda ailəyə verilən sosial yardım kəsilib. Buna səbəb kimi onların adında pay torpağının olması göstərilir. Halbu ki, ailə üzvlərindən heç birinin adına pay torpağı yoxdur.

 

Tovuz rayon Sosial Müdafiə idarəsindən isə məsələ ilə bağlı bildiriblər ki, yəqin ki, vətəndaşın öz adına belə olmasa ailəsinin adına torpaq var. Əgər mesaj gəlibsə və yardım kəsilibsə bir şey edə bilmərik.

 

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button