2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sovet rejiminin qurbanı olmuş yazıçını yad edən tələbə universitetdən qovulub

Rusiyanın Mari El Respublikasında bir universitet Mari Uşem (Mari Xalqının Birliyi) təşkilatının fəalı Viktor Novoqorskini xaric edib. Səbəb onun 1937-ci ildə İosif Stalin rejimi tərəfindən edam olunmuş, mari xalq ədəbiyyatının banisi Sergey Çavainin xatirə tədbirində iştirakı olub.

Novoqorski martın 22-də VK sosial şəbəkəsində yazıb ki, respublika paytaxtı Yoşkar-Olada yerləşən Mari Dövlət Universiteti qərarını tələbənin “göstəricilərinin zəifliyi” ilə izah edib.

Saytların yığılması Saytlarin yigilmasi

Novoqorski isə universitetdə çox yaxşı oxuduğunu, təhsil ocağının reyestrində də onun akademik proqresinin əks olunduğunu bildirir.

O, Mari Uşem təşkilatının Rusiyanın Ali Təhsil Nazirliyi, Mari Elin təhsil rəsmilərinə rəsmi məktubunu da yayıb. Məktubda qurum onlardan vəziyyətə müdaxilə, universitetinin tələbəni qovmaq qərarına yenidən baxmağa vadar etmələrini istəyir.

“Əminik ki, Viktor Novoqorski ictimai fəaliyyəti, sosial şəbəkə hesablarındakı bəyanatlarına görə qovulub. Nə onun məqalələrində, nə də bəyanatlarında Rusiyanın Cinayət və İnzibati Xətalar Məcəllələrinin normalarına zidd nəsə var”, – məktubda yazılıb və universitetin Novoqorskini xaric etmək qərarının dərhal ləğvi tələb olunur.

Ötən ilin noyabrında Novoqorski və Maridən başqa bir fəal – Kirlya Lıjin Çavainin xatirəsini yad edib, onun Yoşkar-Oladakı büstünə gül qoyub, siyasi repressiya qurbanlarının memorialına baş çəkib, Çavainin heykəli qarşısında bir saat dayanıblar.

Son illər Mari Uşem təşkilatının fəalları şikayətlənirlər ki, hakimiyyət Mari xalqının qədim dini, mədəniyyətini, fin-Ural dilini qorumasını məhdudlaşdırmağa çalışır.

Rusiyanın böyük etnik əhalisi olan vilayətlərində dillərlə bağlı gərginlik 2017-ci ildən bəri artıb. O zaman Prezident Vladimir Putin deyib ki, həmin vilayətlərdə uşaqları ana dilləri olmayan dilləri öyrənməyə məcbur etmək olmaz. Prezident müstəntiqlərə belə halları müəyyənləşdirmək tapşırığı verib.

Bundan sonra rəsmilər regionlarda məcburi etnik dil dərslərini ləğv ediblər.

Bu isə rus dili ilə yanaşı yerli dillərin rəsmi status daşıdığı etnik respublika və regionlarda narazılığa səbəb olub.

Volqa Federal Ərazisində yerləşən Mari El respublikasının 700 min sakininin 52 faizə yaxını etnik marilərdir. Onların dini təbiət qüvvələrinə ibadətə söykənir.

24 saat” “
Sovet rejiminin qurbanı olmuş yazıçını yad edən tələbə universitetdən qovulub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button