Gündəm

''Sovetski''də polislə sakinlər arasında qarşıdurma yaranıb

Sakinlər məscidin sökülməsinə etiraz edirlər

Paytaxtın “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür. Bu barədə Meydan TV-yə ərazidə olanlar məlumat verib. 

Bildirilir ki, hazırda polislə dindarlar arasında qarşıdurma yaranıb, saxlanılanlar var.

Hadisə yerində olan jurnalist Rövşən Məmmədlinin öz “Facebook” səhifəsində yazdığına görə, polis bir neçə nəfəri aparıb və jurnalistlərdən birinin kamerasını alaraq görüntüləri silib. Hazırda dindarlar məscidin içərisinə yığışıb. 

Etirazçıların sözlərinə görə, bir müddət əvvəl məscid rəhbərliyinə bildirilmişdi ki, narahatlığa əsas yoxdur, məscid sökülməyəcək. Lakin iki gün əvvəl cümə namazından sonra özünü Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən bir neçə şəxs məscidə gələrək bildirib ki, 2 gün ərzində məscid söküləcək.

24saat.org

Mənbə – www.meydan.tv

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button