2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şoyqu: “Azərbaycanla hərbi-texniki əməkdaşlıq proqramı düzəlişlər tələb edir”

Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

“RİA Novosti” xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq, eləcə də Xəzər regionunun təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

“Hesab edirəm ki, regionda və Yaxın Şərqdə təhlükəsizliklə bağlıl vəziyyəti müzakirə etmək imkanımız olacaq. Bundan əlavə, hərbi və hərbi-texniki əməkdaşlıq proqramında bəzi məsələlər düzəlişlər tələb edir. Bu məsələlər üzrə çıxış yolu tapacağımıza əminəm”, – deyə S.Şoyqu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, tərəflər eyni zamanda təhlükəsizlik üzrə birgə işlər baxımından Xəzər dənizində əməkdaşlıq məsələlərini müzakirə edəcək. “Ümid edirəm ki, ötən il hazırladığımız plan və proqramlar tam şəkiləd həyata keçiriləcək”, – deyə rusiyalı nazir vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button