Loading...
Loading...
Dünya

Şoyqu: “Rusiyanın qərb sərhədlərində vəziyyət daha da gərginləşə bilər”

“Rusiyanın qərb sərhədlərində hərbi-siyasi vəziyyət gərgin olaraq qalır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Rusiyalı nazir vəziyyətin daha da gərginləşə biləcəyini söyləyib: “Sərhədlərimizə yaxın blok ölkələrinin silahlı qüvvələrinin əməliyyat-döyüş hazırlığı tədbirlərinin intensivliyi və miqyası artır. Təkcə son üç ayda Baltikyanı və Şərqi Avropada 30-dan çox təlim keçirilib. Bu təlimlər açıq anti-Rusiya xarakteri daşıyır”.

S. Şoyqu Baltikyanı ölkələr və Polşada NATO-nun şəxsi heyəti 5 min nəfərə yaxın dörd çoxmillətli batalyonunun yerləşdiyini xatırladıb: “Bundan başqa Polşa və Almaniyada tank briqadası və ABŞ qoşunlarının hərbi aviasiyası briqadası dislokasiya olunub. ABŞ hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi də davam edir”.

S. Şoyqu Rusiya Müdafiə Nazirliyinin Qərb hərbi dairəsinin bölmələrinin döyüş potensialını yüksəldərək yaranan təhlükələri neytrallaşdırdığını da söyləyib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button